Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:50

Nə üçün repressiyaya həmişə ziyalılar məruz qalır?


Asif Rüstəmov
Asif Rüstəmov
«Repressiyaların əsası 27 aprel 1920-ci ildə qoyulub. Azərbaycanın ən böyük ziyalısı, alimi Firudin Köçərlinin güllələndiyi gündən sonra başlayıb».

Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramına tədqiqatçı-alim Asif Rüstəmov deyir. Onun sözlərinə görə, cümhuriyyət dövründə Azərbaycanın Gürcüstanda hərbi attaşesi işləmiş, sonralar Türkiyədə hərbi attaşe işləyən Ələsgər Ələsgərov «Azərbaycan faciəsi» adlı memuar yazıb. Memuarda qeyd edib ki, 1920-ci ilin mayından 21-ci ilin avqustuna qədər Azərbaycanın 48 min ən görkəmli ziyalısı qırmızı terrorun qurbanı olub: «Onların arasında cümhuriyyət dövrünün generalları, zabitləri, Azərbaycanın ziyalı oğulları olub. Biz il yarımda qırmızı terrorun qurbanları olan 48 min nəfər ziyalını heç vaxt unutmamalıyıq».

Asif Rüstəmov repressiya deyiləndə göz önünə 37-ci ilin gəlməsini təsadüfi saymır: «Kütləvi qırğınlar, təzyiqlər, insanların deportasiyalarının ən yüksək zirvəsi 37-ci ildə baş verib. Azərbaycanda törədilən kütləvi qırğınlar SSRİ-də gedən repressiya prosesinin tərkib hissəsi idi. Repressiya yadların, özgələrin yaddaş üzərində qətli deməkdir. Millətin birinci yaddaşına hücum edilir. Yaddaş məhv edildikdən sonra millət manqurtlaşır, köləyə, qula çevrilir. Onda onu idarə etmək də asanlaşır».

Nəyə görə repressiyaya daha çox ziyalılar məruz qalır? Tədqiqatçı-alim bunu belə izah edir: «Repressiya - hər hansı cinayət hərəkətinə görə yox, müstəqil fikirlərə, razılaşmadığı, qəbul etmədiyi cəmiyyəti dəyişmək cəhdlərinə görə tətbiq edilən cəza üsuludur. Azərbaycan öz müstəqilliyini itirdikdən sonra cümhuriyyət dövrü ilə yaranmış yeni sovet dövrü arasında müqayisələr aparılıb. Yeni hakimiyyətdən narazı qalan əhali çıxış yolu axtarıb. Təbii ki, bu əhalinin önündə də ziyalılar durub. Ona görə də repressiyaya ilk növbədə ziyalar məruz qalıb».

Buna da bax:

XS
SM
MD
LG