Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:31

Rüstəm İbrahimbəyov: «Bundan sonra da susmayacağam»


«Yorulmuşam. Ümidvaram ki, bu polemika yaxın günlərdə öz-özünə sakitləşəcək»

«Yorulmuşam. Ümidvaram ki, bu polemika yaxın günlərdə öz-özünə sakitləşəcək»

«Bizim Yol»: xalq yazıçısı Rüstəm İbrahimbəyov müsahibə verib. Yazıçı ona qarşı kampaniyanın Prezidentin İcra Aparatı tərəfindən istiqamətləndirildiyini bildirib: «Yorulmuşam. Ümidvaram ki, bu polemika yaxın günlərdə öz-özünə sakitləşəcək. Amma bu o demək deyil ki, mən bundan sonra da susacağam. Yəni öz fikirlərimi həmişə demişəm və yenə də deyəcəyəm. Ancaq konkret olaraq hazırkı polemika «yatmalıdır».

«…Yerlibazlıq da, rüşvət də, qohumbazlıq da Azərbaycanda həmişə olub. Sadəcə, sürəti dəyişir. Amma 1970-ci illərdən sonra bu neqativ halların olmasını deyə bilmərəm. Çünki həmin ildən əvvəl də bunlara rast gəlinirdi. Bu gün isə son həddir, bundan o tərəfə getmək olmaz.
Moskvada Azərbaycan televiziyalarını çox izləyirəm və nifrət edirəm. Azərbaycana ən böyük ziyanı televiziyalar verir. Çünki başqa ölkələrin vətəndaşları televiziyalarımıza baxanda, sanki «əyri güzgü»nu görürlər».
«525»ə müsahibə verən Ümid partiyasının sədri İqbal Ağazadə deyir ki, siyasi partiyaların minimum aylıq xərci üçün 20 min manata qədər vəsait ödənilməlidir: «Azərbaycan cəmiyyətində müxalif fikir həmişə hakim fikirdən üstün olacaq. Yəni, siyasət bu cür davam etdikcə, cəmiyyətdə müxalif fikir daha öndə olacaq».

«Azərbaycan» qəzeti Amerikadakı maliyyə böhranı ilə bağlı iri həcmli məqalə dərc edib. Yazı «ABŞ-da maliyyə böhranının səbəbləri, doğurduğu problemlər və gözlənilən nəticələr barədə bəzi mülahizələr» adlanır. Müəllif yazır ki, «investisiya banklarının yüksək gəlir əldə etmək məqsədi ilə borc alaraq yüksək riskli maliyyə alətlərini investisiya etməsi böhrana öz «töhfə»sini verdi».

«Ekspress»: Azərbaycan Sosial-Demokrat Partiyasının həmsədri Araza Əlizadə deyir ki, müxalifət daxilində «birlik mədəniyyəti yoxdur». «Xalqı maarifləndirib başa salmaq lazımdır ki, heç kəs gəlib xalqı xoşbəxt edə bilməz. Əgər xalq xoşbəxt olmaq istəyirsə, özü hərəkət etməlidir».

«Yeni Azərbaycan» qış mövsümünə hazırlıqla bağlı məqalə hazırlayıb: «Bakının Nəsimi, Sabunçu, Suraxanı və bir sıra başqa rayonlarında, həmçinin, Abşeronda qazla bağlı yaran problem daha çox diqqəti cəlb edir. Ayrı-ayrı məhəllələrdə qaz nəinki azalıb, hətta təmamilə kəsilib».

Günün bütün mövzuları

XS
SM
MD
LG