Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:20

«Xəbər Əliyevin prezident seçilməsindən dərhal sonra yayıldı»


Helsinki Komissiyası ABŞ-ın hökumət qurumudur
Helsinki Komissiyası ABŞ-ın hökumət qurumudur
«Yayımın dayandırılması haqda xəbər İlham Əliyevin ikinci dəfə prezident seçilməsindən dərhal sonra yayıldı». ABŞ Konqresinin Azərbaycanda xarici radioların yayımı ilə bağlı İlham Əliyevə göndərdiyi məktubu şərh edən «Vaşinqton Tayms» belə yazır.

Konqresin insan haqları komissiyasının rəhbərləri İlham Əliyevə xəbərdarlıq edirlər ki, o, xarici radioların yayımını dayandırmaqla Barak Obama administrasiyası ilə münasibətlərin qarşıdurma zəminində qurulacağı təhlükəsi ilə rastlaşa bilər.

ABŞ-ın Avropada Əməkdaşlıq və Təhlükəsizlik Komissiyası - Helsinki Komissiyası «Azadlıq» və «Amerikanın səsi» radiolarının Azərbaycanda yayımının dayandırılması ilə bağlı narahatlığını bildirib. Təşkilatın prezident İlham Əliyevə ünvanlanan məktubda belə deyilir. (Məktubun orijinalı)

Məktubda bildirilir ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin «Azadlıq» və «Amerikanın səsi» radiolarının yerli tezliyinin gələn ildən alınması ilə bağlı dedikləri narahatlıq doğurur:

«Biz inanırıq ki, siz prezidentlik dövrünüzün ikinci müddətində Azərbaycan – Amerika əlaqələrini gücləndirmək məqsədi ilə yeni prezident Barak Obama ilə yaxşı əməkdaşlıq qurmağa hazırlaşarkən, «Azadlıq» və «Amerikanın səsi» radiolarının bağlanması səhv siqnal olardı».

Noyabrın 24-də prezident İlham Əliyevə ünvanlanan məktubu Romissiyanın sədri konqresmen Əlsi Heystinqs, həmsədr senator Bencamin Kardin və Kristofer Smit imzalayıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG