Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:56

Əli Babacan noyabrın 30-da Bakıya gəlir


Türkiyənin xarici işlər naziri Əli Babacan Bakıya noyabrın 30-da gəlir. Onun Azərbaycanlı nazir Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşü nəzərdə tutulub. Türkiyənin «Hürriyyət» qəzetinin yazdığına görə Babacan Bakıda Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin görüşü məsələsini müzakirə edəcək. Görüş gələn həftə keçirilə bilər. Noyabrın 24-ü Ermənistan xarici işlər naziri Edvard Nalbandyan İstanbulda Əli Babacanla görüşüb, onlar Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla üçlükdə görüş keçirmək məsələsini müzakirə ediblər.
XS
SM
MD
LG