Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:40
İki gün öncə Təhsil Nazirliyində Azərbaycan hökuməti və Dünya Bankı arasında kredit üzrə saziş imzalanıb. Təhsil sektorunun inkişafı üzrə ikinci layihənin maliyyələşdirilməsi məqsədilə imzalanan sənəd ölkədə bu sahənin daha da inkişaf etməsinə yönəldiləcək. İkinci layihənin həyata keçirilməsi üçün 45,4 milyon dollar məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Xatırladaq iki, Dünya Bankı tərəfindən Azərbaycanda həyata keçirilən «Təhsil sektorunun inkişafı» layihəsinin birinci mərhələsinə 18 milyon dollar həcmində güzəştli kredit ayrılmışdı. Amma «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı - XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev belə hesab edir ki, bu vəsait istiqaməti üzrə xərclənməyib. Onun sözlərinə görə, 1999-2003-cü illəri əhatə edən birinci layihə üzrə 3 istiqamət müəyyənləşib: tədris planı və proqramların hazırlanması, müəllimlərin ixtisasartırması və tədris-metodik təminatı: «Bu üç istiqamət üzrə vəsait xərclənməliydi. Amma görün, vəsait hansı istiqamət üzrə xərclənib-1,3 milyon dollar təmirə, 1,8 milyon dollar məsləhətçi xidmətinə, 1,7 milyon dollar mal-materiala, 622 min dollar treninqlərə sərf olunub. Bu, Təhsil Nazirliyinin keçirdiyi tədbirlərdə səslənən rəqəmlərdir. Bu vəsait birmənalı şəkildə öz istiqaməti üzrə xərclənməyib. Bu isə onu göstərir ki, Dünya Bankının ayırdığı vəsait təhsilin inkişafına xidmət göstərmir».

Müasir Tədris və Təhsilə Yardım Mərkəzinin rəhbəri Elmina Kazımzadə isə Etibar Əliyevin fikri ilə razılaşmadı. Dedi ki, Dünya Bankı tərəfindən Azərbaycanda həyata keçirilən «Təhsil sektorunun inkişafı» layihəsinin birinci mərhələsinə ayrılan kredit öyrənmə krediti adlanır: «Yəni, bu, başlanğıc idi, dövlətə imkan verirdi ki, görsün, növbəti layihələrdə bu vəsaiti necə işlətmək olar».

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG