Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:59

Naxçıvanda saytlara qadağa hələ də götürülməyib


İki aya yaxındır ki, Naxçıvanda www.azadliq.org və www.nakhchivan.org.az saytlarına qadağa qoyulub
İki aya yaxındır ki, Naxçıvanda www.azadliq.org və www.nakhchivan.org.az saytlarına qadağa qoyulub
Naxçıvan müxbirimiz Məlahət Nəsibovanın verdiyi məlumata görə, Muxtar Respublikada «Azadlıq» radiosunun (www.azadliq.org) və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (www.nakhchivan.org.az) saytlarına qoyulan və artıq iki aya yaxındır davam edən qadağa hələ də davam edir.
Bir müddət öncə məlumat verilmişdi ki, adı çəkilən saytlar və həmçinin «Azadlıq» qəzetinin (www.azadliq.az) və «Turan» agentliyinin (www.turan.az) saytlarına Naxçıvan ərazisində daxil olmaq mümkün deyil. Araşdırmalar onu göstərib ki, Muxtar Respublika Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində olan nakhinternet.az provayderi saytlara girişə əngəllər yaradıb, çünki Muxtar Respublikada fəaliyyət göstərən digər provayder olan CDMA sistemi vasitəsi ilə bu saytlara giriş məhdudiyyətsizdir. Lakin el arasında «Catel» kimi tanınan, amma Bakıda fəaliyyət göstərən «Catel»ə dəxli olmayan bu sistemlə də giriş həddən artıq məhduddur, bu provayder vasitəsi ilə İnternetə yalnız nazirliklər və bir neçə özəl müştəri daxil ola bilir və hazırda bu provayder yeni müştərilər cəlb etməyi dayandırıb, səbəbini isə modem və telefon çatışmazlığı ilə izah edirlər.

Naxçıvan müxbirimizin verdiyi məlumata görə bir neçə gündür ki, «Azadlıq» qəzetinin (www.azadliq.az) və «Turan» agentliyinin (www.turan.az) saytlarına giriş açılıb.

Muxtar Respublika Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnternet şöbəsinin müdiri Vüqar Rəsulov bildirdi ki, hər-hansı bir veb-sayta müdaxilə etmək onların imkanları xaricindədir.Problemlər yaşanırsa, bu, paytaxt Bakı ilə bağlıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG