Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:24

«Əsirə erməni xüsusi xidmətlərinin təsiri istisna edilmir»


«Əsirlikdə saxlanan Rafiq Həsənova iradəsinin ziddinə olaraq hər hansı bir qərar qəbul etməsi üçün Ermənistan xüsusi xidmət orqanları tərəfindən mənəvi – psixoloji təsirin göstərilməsi istisna edilmir».
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından «Azadlıq» radiosuna belə deyiblər. Komitədən bildirirlər ki, əsir əsgərin Azərbaycana qayıtmaq istəməməsi barədə onlara hər hansı rəsmi məlumat daxil olmayıb.
Rafiq Həsənov bu il oktyabrın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.
2008-ci il noyabrın 1-ə olan rəsmi məlumata əsasən, 1396 nəfər erməni əsirliyindən azad edilib. Onlardan 1008 nəfəri mülki, 346 nəfəri isə hərbçidir. 42 nəfər barəsində isə araşdırmalar aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG