Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:57

Parlament 2009-cu ilin büdcəsini təsdiqlədi


Noyabrın 25-də Milli Məclis 2009-cu ilin dövlət büdcəsini təsdiqləyib.
Gələn ilin dövlət büdcəsinin gəlirləri 12 milyard 177 milyon manat, xərcləri 12 milyard 355 milyon manat proqnozlaşdırılır.

Büdcədə yaşayış minimumunun 84, pensiyaların baza hissəsinin 80, orta aylıq əmək haqının isə 353 manat olacağı əksini tapıb. İndi orta aylıq əmək haqı 277 manat civarındadır.

Dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılarkən, neftin bir barelinin qiyməti 70 ABŞ dolları məbləğində nəzərdə tutulub.

Qanun layihəsi 92 səs lehinə, 9 səs əleyhinə olmaqla qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG