Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:38

E.Nalbandyan: «Mən optimistəm»


«Ermənistan qabaqcadan heç bir şərt qoymadan diplomatik münasibətlərin qurulmasına hazırdır»

«Ermənistan qabaqcadan heç bir şərt qoymadan diplomatik münasibətlərin qurulmasına hazırdır»

Ermənistan Türkiyəylə münasibətləri normallaşdırmaq üçün heç bir maneə görmür. Bunu İstanbula səfəri zamanı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib. O, bildirib ki, Ermənistan diplomatik əlaqələrin yaradılması üçün qabaqcadan heç bir şərt qoymur. Nalbandyan İstanbulda mətbuat konfransında bunları deyib:
«Mən optimistəm, çünki münasibətlərimizin normallaşması üçün ciddi maneə görmürəm. Ermənistan hazırdır. Mən münasibətlərin normallaşması deyəndə, diplomatik münasibətlərin yaradılmasını nəzərdə tuturam. Ermənistan qabaqcadan heç bir şərt qoymadan diplomatik münasibətlərin qurulmasına hazırdır və Türkiyədən də eyni yanaşmanı gözləyir».

Türkiyə və Ermənistanın 1993-cü ildən bəri diplomatik əlaqələri yoxdur.

Ankara Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla sərhədini bağlı saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG