Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:10

Lökbatanda xəstəxanada partlayış olub


Hadisə yerində araşdırma aparılır

Hadisə yerində araşdırma aparılır

Noyabrın 25-i səhər saatlarında Lökbatan qəsəbəsindəki 19 saylı xəstəxanada partlayış olub. Cərrah həkim Rəvayət Mütəllimovun əlində qumbara partlayıb.
Xəstəxanadan faktı təsdiqləsələr də, partlayışın baş verməsi barədə əlavə açıqlama verilməyib. Hadisə nəticəsində həkim Rəvayət Mütəllimov və tibb bacısı Reyhan Pirquliyeva ağır xəsarət alıblar. Onlar təcilli olaraq Klinik Tibbi Mərkəzə yerləşdiriliblər, hazırda reanimasiya şöbəsindədirlər. Rəvayət Mütəllimovun vəziyyəti ağır-stabil, Reyhan Pirquliyevanın vəziyyəti isə orta-ağırdır.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin, Qaradağ rayon Polis İdarəsi və prokurorluğunun əməkdaşları araşdırma aparırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG