Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:17

Ölkənin ən böyük şirkətinin müflis olduğu deyilir


«Bir müddət əvvəl şirkət istehsal etdiyi əksər polad məmulatlarının qiymətini 40 faizini aşağı salıb»
«Bir müddət əvvəl şirkət istehsal etdiyi əksər polad məmulatlarının qiymətini 40 faizini aşağı salıb»
«Bizim Yol»: «Baku Steel Company» fəaliyyətini tam dayandırdı. 1700 işçisini isə öz hesabına məzuniyyətə göndərdi. Qəzet xəbər verir ki, bir müddət əvvəl şirkət istehsal etdiyi əksər polad məmulatlarının qiymətini 40 faizini aşağı salıb. Amma bu addım şirkəti xilas etməyib, çünki tikinti sektorunda iş əsasən dayandığına görə bazarda tələb kəskin şəkildə azalıb. Nəticədə «Baku Steel Company» fəaliyyətini dayandırmağa məcbur olub. Verilən xəbərdə daha sonra bildirilir ki, şirkət rəhbərliyi problemi dövlət qurumları qarşısında qaldıraraq yardım istəyib. Amma müraciəti nə hökumət strukturları, nə də banklar dəyərləndirməyib».
«525»: Millət vəkili Nəsb Nəsibli deyir ki, Türkdilli ölkələrin parlament assambleyası işini düzgün qurmalıdır. «Çünki, bu həmin dövlətlərin maraqlarına uyğur gəlir. Mən çox arzu edərdim bu assambleya yalnız adı olub, işi olmayan quruma çevrilməsin. Məsələn, TÜRKSOY təşkilatı – baxmayaraq ki, neçə illərdir mövcuddur, ancaq adından başqa onun bir fəaliyyəti yoxdur».

«Yeni Müsavat» yazır ki, «Xırdalan qəbiristanlığı köçürülür». «Xırdalan qəbiristanlığının köçürüləcəyi xəbəri hökumətin bu məsələdə doğrudan da ciddi olduğunu göstərir. Bizə çatan xəbərlərdə deyilir ki, bu planın müəllifləri onu həm infrastruktur layihəsi, həm də paytaxtın yüklənməsinin qarşısını alacaq yeni yaşayış massivi proyekti kimi tərtibləyiblər».

«Yeni Azərbaycan»: «2009-cu ilin büdcəsi investisiya, sosial yönümlü, təmkinli və böhrana davamlıdır»-, Milli Məclisin Sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli belə deyir. Deputat müsahibəsində daha sonra bildirib: «Büdcə təsdiqlənmiş bir qanundur və onun tam icrası vacibdir. Əgər bu yerinə yetirilmirsə, o zaman qanun pozuntusu faktı ortaya çıxır. Qanunu pozan isə mütləq cəzalandırılmalıdır».

«Azərbaycan»: «ABŞ-ın yeni administrasiyası Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verir»-, rəsmi dövlət qəzetinin birinci səhifəsində yer alan məqalədə belə deyilir. Müəllif yazır: «ABŞ ölkəmizdə insan hüquqlarının qorunması, cəmiyyətin demokratikləşdirilməsi istiqamətində aparılan ardıcıl islahatları dəstəkləyir… Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində ABŞ tərəfi səyləri artırmaqdadır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG