Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:50

«Biz əminik ki, radioların bağlanması böyük itki olardı»


Helsinki Komissiyası ABŞ-ın hökumət qurumudur
Helsinki Komissiyası ABŞ-ın hökumət qurumudur
Amerika Birləşmiş Ştatların Avropada Əməkdaşlıq və Təhlükəsizlik Komissiyası - Helsinki Komissiyası «Azadlıq» və «Amerikanın səsi» radiolarının Azərbaycanda yayımının dayandırılması ilə bağlı narahatlığını bildirib. Təşkilatın prezident İlham Əliyevə ünvanlanan məktubda belə deyilir. (Məktubun orijinalı)
Məktubda bildirilir ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin «Azadlıq» və «Amerikanın səsi» radioların yerli tezliyinin gələn ildən alınması ilə bağlı dedikləri narahatlıq doğurur. Cənab Məhərrəmli bu addımı 2002-ci ildə qəbul edilmiş qanundakı məhdudiyyətlərlə əsaslandırır.

Amerika Konqresinin maliyyələşdirdiyi hər iki radio Azərbaycan dinləyicilərini ən son obyektiv informasiya ilə təmin edir.

Qərbə inteqrasiya kursu götürən Azərbaycanı «Azadlıq» və «Amerikanın səsi» radioları professional media modeli ilə təchiz edir, ölkə vətəndaşlarının qərəzsiz və yeni proqramlara ehtiyacını ödəyir.

Belə başa düşürük ki, Azərbaycan vətəndaşlarının FM tezliyinə olduğu qədər internet və peykə çıxışı yoxdur. «Azadlıq» və «Amerikanın səsi» radiolarının FM tezliyindən çıxarılması təqdirində milyonlarla Azərbaycan vətəndaşı bu radioların proqramlarını dinləməkdən məhrum olacaq.
Biz qətiyyətlə əminik ki, bu böyük itki olardı. Bu radioların FM tezliyinin bağlanmasındansa biz Azərbaycanda plüralistik media mühitinin daha da inkişaf etməsini görmək istərdik.

Biz inanırıq ki, siz prezidentlik dövrünüzün ikinci müddətində Azərbaycan – Amerika əlaqələrini gücləndirmək məqsədi ilə yeni prezident Barak Obama ilə yaxşı əməkdaşlıq qurmağa hazırlaşarkən, «Azadlıq» və «Amerikanın səsi» radiolarının bağlanması səhv siqnal olardı.

Biz ümid edirik ki, siz uzun illərdir fəaliyyət göstərən bu radiolarının yerli tezlikdə yayımının davam etdirilməsinin bir yolunu tapacaqsınız.

Noyabrın 24-də prezident İlham Əliyevə ünvanlanan məktubu komissiyanın sədri konqresmen Əlsi Heystinqs, həmsədr senator Bencamin Kardin və Kristofer Smit imzalayıblar.

Helsinki Komissiyası ABŞ-ın hökumət qurumudur. Qurum 1975-ci il Helsinki Aktının müddəalarının yerinə yetirilməsinə nəzarət edir. Komissiyaya Senatın, Nümayəndələr Palatasının 9 üzvü, Dövlət Departamenti, Müdafiə Nazirliyi və Ticarət Nazirliyinin hər birindən 1 üzv daxildir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG