Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:31

«Qarabağ məsələsində Ermənistandan heç nə asılı deyil»


Hələlik konkret nəticələr verməsə də, Türkiyənin bu məsələdə təşəbbüsü ələ almaq səyləri görünməkdədir
Hələlik konkret nəticələr verməsə də, Türkiyənin bu məsələdə təşəbbüsü ələ almaq səyləri görünməkdədir
Ekspertlərin fikrincə, region dövlətlərinin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı sülh təşəbbüslərinin müsbət nəticə verəcəyi gözlənilmir.

Politoloq Vəfa Quluzadə hesab edir ki, Türkiyə və İranın münaqişədə olan iki dövlət arasında vasitəçilik cəhdləri onların daha çox daxili maraqlarına yönəlib. Qarabağ probleminin çözümünə gəlincə, V.Quluzadə hesab edir ki, münaqişənin açarı Rusiyanın əlindədir. Bu səbəbdən nə Minsk Qrupu çərçivəsində, nə də bu çərçivədən kənar cəhdlər dəyişikliyə gətirməyəcək:

«Ermənistana futbol seyr etməyə getmək, Sarkisyanı Ankaraya dəvət etmək - bunların heç biri Qarabağla bağlı hər hansı nəticə verə bilməz. Çünki, Qarabağ məsələsində Ermənistandan heç nə asılı deyil. Rusiya Ermənistanı bəzəyib taxıb barmağına, o tərəf-bu tərəfə çevirir. Türkiyəyə yaraşmaz axı Ermənistanın ardınca düşsün. Rusiya imperiyasında müxtəlif proseslər gedir. Bu proseslər ümid verir ki, bir gün Cənubi Qafqaz, o sıradan Qarabağ Rusiyaya gərək olmayacaq. Qarabağ məsələsi məhz o zaman çözüləcək».

Hələlik konkret nəticələr verməsə də, Türkiyənin bu məsələdə təşəbbüsü ələ almaq səyləri görünməkdədir. Türkiyə XİN-in başçısı Əli Babacanın münaqişə edən ölkələrin dövlət başçılarının görüşünü təşkil etmək çağırışları, R.T.Ərdoğanın Qafqaz Pratforması siyasətilə Ankaranın regiondakı təsir imkanlarının genişlənməsinə yönələn cəhdləri son ayların ən çox müzakirə edilən mövzularındandır. Bu sözləri isə Türkiyə XİN-in Qafqaz İdarəsinin keçmiş rəisi, 1994-cü ilə qədər Turkiyənin ATƏT-in Minsk Qrupunda təmsilçisi Candan Azər deyir. Bununla belə, o da bu təşəbbüslərin müsbət dəyişikliklərə səbəb olacağını gözləmir. Səbəb Ermənistanın Türkiyə və Azərbaycanla bağlı siyasətinin bütün tarixi dönəmlərdə dəyişməz qalmasıdır:

«Ermənistanın Türkiyəyə, Azərbaycana münasibəti bəllidir. Düşünürəm ki, Türkiyənin Azərbaycanla Ermənistan arasında vasitəçi olması mümkün ola bilməz».

Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı təşəbbüslərin artdığı bir dönəmdə qoşunların təmas xəttində atəşkəs rejiminin davamlı olaraq pozulması ilə bağlı xəbərlər yayılmaqdadır. Hər iki ölkənin Müdafiə Nazirlikləri orduların itki verməsi ilə bağlı xəbərlər yayır. Politoloq Arif Yunus hesab edir ki, bu, əslində gözlənilən prosesdir. Çünki tərəflər arasında atəşkəs sazişi yalnız intensiv hərbi əməliyyatların aparılmaması üzrə imzalanıb:

«Biz düşünməliyik ki, nəyə görə atəşkəslə bağlı informasiyalar cəmiyyətə indi verilir. Atəşkəsin pozulmasının danışıqlarla bağlı olmasını ehtimal etmirəm. Təcrübə göstərir ki, çox vaxt bu, daxili auditoriyaya hesablanır».

A.Yunus hesab edir ki, atəşkəsin pozulması heç zaman münaqişənin nizamlanması üzrə təşəbbüslərə hər hansı formada təsir göstərməyib və bundan sonra da təsir edəcəyi gözlənilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG