Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:05

Əli Babacan Bakıya rəsmi səfərə gələcək


Noyabrın 30-da axşam Türkiyənin Xarici İşlər naziri Əli Babacan Bakıya rəsmi səfərə gələcək. Bu barədə «Turan»a Türkiyənin Bakıdakı səfirliyindən bildiriblər. Mənbənin məlumatına görə, bir gün davam edəcək səfər zamanı Babacanın Azərbaycan rəhbərliyi ilə görüşləri keçiriləcək.
Səfərin proqramı haqda məlumat verilmir, amma məlumdur ki, noyabrın 25-də İstanbulda Ə.Babacanın erməni həmkarı Edvard Nalbandyanla görüşü olacaq.
Azərbaycanın bu əlaqələrə verdiyi reaksiyaları nəzərə alsaq, çox güman ki, Əli Babacan Edvard Nalbandyanla danışıqların nəticələri haqda məlumat vermək üçün Bakıya gələcək.
XS
SM
MD
LG