Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:30

Tələbə İnternet istifadəçilərinin gözü qarşısında intihar etdi


ABŞ-da 19 yaşlı kollec tələbəsi İnternet istifadəçiləri qarşısında özünü öldürüb. O, veb-kamera qarşısında ölümcül dozada antidepressant qəbul edib.

Ebraham Biqqs intihar etməzdən bir neçə saat əvvəl saytda özünü öldürəcəyini elan edib.

Polis deyir ki, səhnəni izləyənlərin bəzisi onu bu hərəkətə təşviq edib, başqaları çəkindirməyə çalışıb. Çoxları bunun bir zarafat olduğunu düşünüblər.

Polis və saytın moderatoru tələbənin ölümündən yalnız bir neçə saat sonra xəbər tutub.

Günün bütün mövzuları

XS
SM
MD
LG