Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:59

Məhbus 9 gündür aclıq edir


Rafiq Rzayev xuliqanlıqda ittiham olunur
Rafiq Rzayev xuliqanlıqda ittiham olunur
Gəncə şəhər 2 saylı təcridxanasında saxlanan məhbus Rafiq Rzayev 9 gündür ki, aclıq aksiyası keçirir. Məhbusun vəziyyəti ilə bağlı təcridxana rəhbərliyi Penitensiar Xidmətə və Ədliyyə Nazirliyinə rəsmi xəbərdarlıq məktubu göndərib.

1971-ci il təvəllüdlü R.Rzayev noyabrın 12-dən yeməkdən imtina edib. Məhbusun bacısı Dilşad Rzayeva «Azadlıq» radiosuna deyib ki, qardaşının səhhəti ilə bağlı nigaran olsalar da, onlara təcridxanaya daxil olmağa icazə verilmir:

«Qardaşıma hökm noyabrın 12-də oxunub. Həmin gündən Rafiq dedi ki, aclıq aksiyasına başlayır. Dəfələrlə təcridxanaya getmişik, ancaq nə içəri keçməyə icazə verirlər, nə də səhhəti ilə bağlı məlumat verirlər. Qardaşım haqsız hökmünə etiraz edir».

Gəncə şəhər 2 saylı təcridxanasının rəisi Zahid Rzayev məhbusun aclıq etdiyini təsdiq edir. Deyir ki, məsələ ilə bağlı Penitensiar Xidmətə və Ədilyyə Nazirliyinə xəbərdarlıq edilib:

«Bura qapalı müəssisədir. Kənar adamların, hətta məhbusun ailəsinin belə hökmün 20 günü tamam olmamış görüşünə icazə verilmir. Amma təcridxanada məhbusa tibbi xidmət göstəririk. Həkim nəzarətindədir. Biz ancaq qanuni tədbir görə bilirik».

Rafiq Rzayev xuliqanlıqda ittiham olunur. Ona 4 il yarım iş kəsiblər. Məhbus bu cəzanın ədalətsiz olduğunu iddia edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG