Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:40

Almaniya Azərbaycana islahatlar üçün ekspertlər göndərəcək


Bu ilin dekabrından Almaniya Azərbaycana enerji sahəsində islahatlar aparmaq üçün ekspertlər göndərəcək. Bu, Avropa Birliyinin Qonşuluq Siyasəti - «Əkizləşmə layihəsi» çərçivəsində baş tutacaq.
Layihəyə görə, Avropa Birliyinin hər bir üzvü Qonşuluq Siyasətinə daxil olan üzvlərlə «əkiz» olur, ona məsləhətçi yardım verir.
Azərbaycana parlamentdə islahatlar və korrupsiya ilə mübarizə sahəsində hansı üzv dövlətlərin dəstək verəcəyi gələn həftə məlum olacaq.
Belə ki, gələn həftə Azərbaycan hökuməti və Avropa Komissiyası Bakıda bu layihəni həyata keçirəcək əkiz dövləti seçmək üçün birgə müzakirə keçirəcəklər.
Gələn ilin yanvarından isə Milli Bank və Dövlət Statistika Komitəsi ilə bağlı əkizləşmə layihəsi başlanacaq.
Qonşuluq Siyasətinin əkizləşmə proqramı bu ilin sentyabrından başlayıb.
Azərbaycanın ərzaq təhlükəsizliyi və balıqçılıqla bağlı əkiz tayı Latviya və Hollandiya, standartlaşdırma və metereologiya ilə bağlı isə Almaniyadır.
«Əkizləşmə layihəsi» 21 ay davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG