Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:03

Maradona qələbə ilə başladı


Dieqo Armando Maradonanın məşqçi kimi ilk təcrübəsi də uğurlu alındı

Dieqo Armando Maradonanın məşqçi kimi ilk təcrübəsi də uğurlu alındı

Noyabrın 19-u axşam futbol üzrə milli yığmaların bir sıra yoldaşlıq oyunları keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda Albaniya yığması ilə qarşılaşan Azərbaycan millisi heç-heçə edib: 1-1. Oyunda Branimir Subaşiç hesabı açsa da, Ervin Skela qarşılaşmaya tarazlıq gətirib.
Braziliya Portuqaliyanı 6-2 hesabı ilə məğlub edib.
Dieqo Armando Maradonanın məşqçi kimi ilk təcrübəsi də uğurlu alınıb. Argentina səfərdə Şotlandiyanı məğlub edib (1-0). Yeganə qolu Maksi Rodriges vurub.
Almaniya öz meydanında İngiltərəyə məğlub olub - 1-2. Son Avropa çempionu İspaniya Çilini məğlub edib - 3-0. İtaliya Yunanıstanla səfərdə heç-heçə edib: 1-1.
Türkiyə millisi Avstriya yığmasını Tuncay Şanlının het-triki və Aurelionun qoluyla 4-2 hesabı ilə məğlub edib. Digər maraqlı nəticə Belqradda qeydə alınıb: Serbiya Bolqarıstanı böyük hesablı məğlubiyyətə uğradıb: 6-1. Ukrayna isə Norveçi minimal hesabla yenib.

Günün bütün mövzuları

XS
SM
MD
LG