Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:51
Noyabrın 19-da prezident İlham Əliyev mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədov, Müəllif Hüquqları Agentliyinin sədri Abutalıb Səmədov və Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru İmran Mehdiyev vəzifəsinə təsdiq edilməyib. Onların yerinə müvafiq olaraq Rüfət Cəbrayıl oğlu Aslanlı (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi), Kamran Sultan oğlu İmanov (Müəllif Hüquqları Agentliyi) və İskəndər Hüseyn oğlu Çəndirli (Satınalmalar üzrə Dövlət Agentliyi) təyin edilib.

Ölkə başçısının başqa bir sərəncamı ilə isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əsasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılır.

Digər bir sərəncamla isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ləğv edilir. Bu qurumun əsasında Diaspor ilə İş üzrə Dövlət Komitəsi yaradılır.

Prezidentin başqa bir sərəncamı ilə isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi müstəqil quruma çevrilir. İndiyədək bu Komitə Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi adlanırdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG