Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:58

«Avropa Birliyi 3 jurnalistin hələ də həbsdə olmasından narahatdır»


Kristina Qallax
Kristina Qallax
«Azərbaycanla əməkdaşlıqda soz azadlığı Avropa Birliyi üçün fundamental məsələdir».

Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Haviyer Solananın sozçüsü Kristina Qallax «Azadlıq» radiosuna müsahibəsində belə deyib.

O bildirib ki, Avropa Birliyi Azərbaycanda üç jurnalistin hələ də həbsdə olmasından çox narahatdır.

Xanım Qallax deyib ki, Azərbaycan hökuməti hüquqi dövlətin qurulması istiqamətində islahatlar aparmalıdır.

Gələn il qəbul olunacağı gözlənilən «Şərq əməkdaşlığı» təşəbbüsü çərçivəsində də diqqətdə saxlanılan əsas məqam məhz demokratik islahatlar və siyasi partiyaların aktivləşdirilməsi olacaq.

Bu il mayın 26-da Polşa və İsveç Avropa Birliyi Xarici İşlər nazirlərinə şərq qonşuları üçün vahid forum - «Şərq əməkdaşlığı» yaradılması haqda təklif təqdim edib. Foruma Birliyin 27 dövləti, həmçinin Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycan daxil olacaq. Bu qurum çərçivəsində viza rejimi, azad ticarət zonalarının tətbiqi, strateji sazişlərin imzalanması haqda danışıqlar aparılacaq. Həmçinin, tələbə mübadiləsi, ətraf mühitin mühafizəsi, enerji təchizatı üzrə kiçik layihələr həyata keçiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG