Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:12

Türkiyədəki qəzada 4 azərbaycanlı ölüb


Noyabrın 18-i səhər saat 5-də Türkiyə - Gürcüstan sərhəddinə yaxın Hopa qəsəbəsində «Mahmud Tur» turizm şirkətinə məxsus avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində 4 nəfər Azərbaycan əsilli Gürcüstan vətəndaşı ölüb. «Azadlıq» radiosunun Türkiyədəki əməkdaşının məlumatına görə, ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur.
Avtobus İstanbul-Tbilisi marşrutu ilə hərəkət edirmiş. Qəzada 20 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib. Bəzilərinin vəziyyəti ağırdır. Yaralıların əksəriyyəti Borçalı azərbaycanlılarıdır.
XS
SM
MD
LG