Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:08

Əsgərin cəsədi Azərbaycan tərəfə təhvil verilib


Noyabrın 19-da azərbaycanlı əsgər Orxan Şəmilovun cəsədi Azərbaycan tərəfə təhvil verilib. Əməliyyat Ağdam rayonu ərazisində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında həyata keçirilib.

Noyabrın 15-dən 16-na keçən gecə cəbhənin Füzuli istiqamətində Ermənistan Silahlı Qüvvələri hücuma keçib. Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb ki, növbə çəkən əsgər Orxan Şəmilov igidlik göstərərək erməni həmləsinin qarşısını alıb və qəhrəmanlıqla həlak olub. Onun meyiti döyüş meydanında, erməni mövqelərinin yaxınlığında qalıb.
Orxan Şəmilov Tərtərin Buruc kəndində doğulub. Bu kənd keçmiş Ağdərə rayonunun işğal olunmuş kəndləri ilə həmsərhəddir. Əsgərin atası Fərhad Şəmilov da 1991-ci ildə ermənilərlə döyüşdə həlak olub.
XS
SM
MD
LG