Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:31

«Bakıdakı «qul bazar»ları yığışdırılacaq»


Bakıdakı «qul bazar»larından biri

Bakıdakı «qul bazar»larından biri

«Rüstəm İbrahimbəyovu müdafiə edənlər əvvəlcə onu oxusunlar». Millət vəkili, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov «Yeni Azərbaycan» qəzetinə müsahibəsində belə deyib. O, bu mübahisənin yekunlaşmamasına təəssüflənir:
«Rüstəm İbrahimbəyov danışdı, biz də ona Milli Məclisdə münasibətimizi bildirdik. Bununla da müzakirəni bitirmişdik. Ancaq təəssüf ki, bununla məsələ yekunlaşmadı. Əvvəlcə R.İbrahimbəyov reaksiya verdi, sonra biz ona cavab verdik. Daha sonra böyük bir qrup məsələyə müdaxilə etdi. Xalq artistləri və əməkdar artistlər səviyyəsində müraciət ortaya çıxdı. Mən onlara «artist tayfası» demirəm. Əsas məqsədi Rüstəm İbrahimbəyovun «təklənməsindən» ibarət olan müraciət sahibləri guya onun müdafiəsinə qalxdılar. Bəlkə də heç mahiyyətini bilmədən məsələni məhəllə davasına çevirdilər. Müraciəti imzalayanların əksəriyyəti Kinemotoqrafçılar İttifaqında çalışan, İbrahimbəyovun rəhbərlik etdiyi adamlar idi və bəzi başqa adamları da bu siyahıya cəlb etmişdilər. Məsələ burasındadır ki, bəziləri ilə söhbət əsnasında məlum olur ki, onların heç məsələnin mahiyyətindən xəbərləri yoxdur. Bu adamlar deyirlər ki, heç biz bilmədik, dedilər Rüstəm İbrahimbəyovu müdafiə edən bir siyahı var, biz də müdafiə etdik. Başa düşmürəm, İbrahimbəyovu nədən müdafiə edirlər? Deyib ki, «bu millətin elitası vardı, rayonlardan gəlib, bu elitanı dağıtdılar». Biz də hesab edirik ki, bu fikir millətə təhqirdir və fikrin müəllifi xalqımızdan üzr istəməlidir».
«Bizim Yol» qəzeti yazır ki, Bakıdakı «qul bazar»ları yığışdırılacaq. Məqalədə deyilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu barədə təklif irəli sürəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib ki, bu layihənin reallaşdırılması üçün vaxt tələb olunur. Onun sözlərinə görə, noyabrın 20-21-də Bakıda əmək yarmarkası keçiriləcək. Yarmarkaya müxtəlif müəssisələr tərəfindən 7 minə yaxın vakant iş yerlərinin təqdim olunacağı gözlənilir. Vakant iş yerlərinin 80-85 faizi özəl sektora aiddir.
«Azadlıq» qəzeti yazır ki, «Palmali» şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun Azərbaycanda bank yaratmaq niyyəti baş tutmayıb: «Milli Bank oliqarxın təsis etdiyi «Palmali Bank»a lisenziya verməyib və bunun siyasi qərar olduğuna işarə edib. Bu barədə qəzetə bank sektorundakı mənbə məlumat verib. Mənbənin məlumatına görə, M.Mənsimovun müraciətinə mənfi cavab verilməsinə səbəb Prezidentin İcra Aparatından gələn tapşırıqdır. Mənsimovun Azərbaycanda sürətlə biznes şəbəkəsi qurması yerli oliqarxların maraqlarına uyğun gəlmir. Ən başlıcası isə onun siyasi hakimiyyətdən asılı olmayan biznes strukturları oliqarx-məmurları narahat etməyə başlayıb. Ona görə də siyasi çevrələrdə onu durdurmaq və biznes şəbəkəsini məhdudlaşdırmaq barədə qərar qəbul edilib».

Günün bütün mövzuları

XS
SM
MD
LG