Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:10

ABŞ-da İraqdan qoşunların çıxarılması planı üzərində işləyirlər


Amerikanın Müdafiə Nazirliyi artıq İraqdan qoşunların çıxarılması və Əfqanıstanda hərbi əməliyyatların genişləndirilməsi ilə bağlı plan üzərində işləməyə başlayıb. Bu barədə «Assoşeyted Press»ə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri admiral Mayk Mallen deyib.
Amerikanın yeni seçilmiş prezidenti Barak Obama da bildirmişdi ki, vəzifə səlahiyyətlərinin icrasına başlayandan sonra 16 ay ərzində İraqdan hərbi hissələri çıxaracaq. Obama həm də söz verib ki, «Taliban» və «əl-Qaidə» ilə mübarizə üçün Əfqanıstana əlavə qüvvələr göndərəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG