Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:15

Norveç səfirinə xəbərdarlıq edildi


Azərbaycanın Xarici İşlər Nazirliyi
Azərbaycanın Xarici İşlər Nazirliyi
Norveçin Azərbaycandakı səfiri Yon Ronberq noyabrın 18-də Azərbaycanın Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub. XİN-in Mətbuat Xidmətinin məlumatına görə, səfirə Norveç Xarici İşlər Nazirliyinin xarici radiostansiyaların Azərbaycandakı fəaliyyəti ilə bağlı bu il noyabrın 12-də verdiyi bəyanatla Azərbaycan XİN-in qəti razılaşmadığı bildirilib:

«Norveç tərəfinin bəyanatının real vəziyyəti əks etdirmədiyi və məsələnin yalnız Azərbaycanın qanunvericiliyi çərçivəsində həll olunacağı diqqətə çatdırılıb».

Məlumatda bildirilir ki, səfir Ronberqə deyilib ki, Norveç tərəfi öz bəyanatlarında daha diqqətli olmalıdır:

«Çünki bu kimi hallar ikitərəfli münasibətlərin inkişafına xələl gətirə bilər».

Norveç XİN-in noyabrın 12-də yaydığı bəyanatda BBC, Azad Avropa/Azadlıq və «Amerikanın Səsi» radiolarının sərbəst yayımının dayandırılması haqda Milli Televiziya və Radio Şurası rəhbərinin fikrindən narahatlıq ifadə olunmuşdu. Bəyanatda deyilirdi ki, belə bir qərar Azərbaycanda plüralistik medianın inkişafına xeyr gətirməyən, əksinə ona zidd bir addım olardı.

Bəyanatda daha sonra deyilirdi ki, Norveç özünün Azərbaycanla olan münasibətlərində demokratiyanın, hüquqi dövlətin və insan haqlarının inkişafına təsir edən məsələlərə böyük əhəmiyyət verir.

Azad və müstəqil mətbuat, o cümlədən beynəlxalq xəbər mənbələrindən sərbəst şəkildə istifadə etmək imkanları da bu məsələlərin vacib hissəsidir:

«Buna görə biz Azərbaycan Milli Televiziya və Radio Şurasının mövqeyindən təəssüfləndiyimizi bildirir və bu məsələni Azərbaycan hökuməti ilə görüşlərdə müzakirə edəcəyik».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG