Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:07

«Elmar öldürüləndə, İbrahimbəyov hardaydı?»


Jurnalist İbrahim Bayandurlu və rəssam-heykəltəraş Mir Teymur

Jurnalist İbrahim Bayandurlu və rəssam-heykəltəraş Mir Teymur

«17 yaşında əsgər səngərdən qalxıb, yüyürüb irəli, iki erməni əsgərini öldürüb, özü də həlak olub. Mən Rüstəm İbrahimbəyovun müdafiəsinə qalxmış ziyalılarımızı həmin əsgərin yas mərasiminə getməyə çağırıram».

«Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı, jurnalist İbrahim Bayandurlu belə deyir. Onun fikrincə, ziyalıların bu hərəkəti 1988-ci il hadisələrinin ildönümünə töhfə olardı. İ.Bayandurlu hesab edir ki, bu gün Azərbaycanda ziyalı sözünə böyük ehtiyac var:

«Azərbaycanın hakimiyyətpərəst ziyalısı var. Amma hakimiyyətə məfkurə müxalifətində olan ziyalısı yoxdur. Əgər Azərbaycan ziyalısı hakimiyyətlə münasibətdə bir qədər müxalifyönlü davransaydı, Azərbaycan xalqının siyasi tərbiyələnməsində böyük müsbət rolu olardı. Mən Rüstəm İbrahimbəyovun fikirləri ilə razıyam, dəyərli sözlər deyib. Lakin Elmar Hüseynov qətlə yetiriləndə, Eynulla Fətullayev həbs olunanda, İbrahimbəyov harada idi? Niyə bir Bakı ziyalısı kimi prezidentə müraciət etmir ki, Fətullayev azadlığa buraxılsın? Onun xalqdan dəstək gözləməyə mənəvi haqqı qalırmı?»

Rəssam-heykəltəraş Mir Teymurun fikrincə də, dövləti dünyaya tanıdan onun ziyalılarıdır:

«Yaponiya ziyalılarına görə, dünyada birinci sıradadır. Amerika bütün dünyaya xəzinə açıb, ziyalı insanları ölkəsinə dəvət edir. Tarix boyu Azərbaycan da ziyalıları ilə tanınıb. Amma indi Azərbaycan ziyalıları susublar».

Mir Teymur deyir ki, ziyalı qəlbi təmiz, düz adamdır:

«Ziyalı - düzgün düşüncədir, nə diplomdur, nə peşədir, nə də vəzifə».

Şərhləri göstər

XS
SM
MD
LG