Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:47

«Partiyalar haqqında qanuna ciddi dəyişikliklərə ehtiyac var»


«Son prezident seçkisində uduzduqlarını etiraf edənlər konstruktiv, həqiqətin gözünə dik baxmağı bacaran və bunu etiraf edən insanlardır»

«Son prezident seçkisində uduzduqlarını etiraf edənlər konstruktiv, həqiqətin gözünə dik baxmağı bacaran və bunu etiraf edən insanlardır»

«Siyasi partiyalar haqqında» qanuna ciddi dəyişikliklər edilməsinə ehtiyac var. Qanun ictimai-siyasi reallıqlara, Konstitusiyaya, Azərbaycan qanunvericiliyinə uyğun olmalıdır. Bu sənəd siyasi partiyalarla dövlətin, eləcə də digər qurumların münasibətlərini tənzimlənməsini özündə əks etdirməlidir. Qüvvədə olan qanun isə bu tələblərin heç birinə cavab vermir».
«Yeni Azərbaycan» qəzeti yazır ki, bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib. Vitse-spikerin sözlərinə görə, ortada konkret layihə olmasa da, məsələ ilə bağlı müəyyən fikirlər və təkliflər var:
«Bütün təkliflər təhlil olunaraq ümumi tendensiyalara uyğun şəkildə öz əksini tapmalıdır. Bu məsələdə müxalifətin ajiotaj yaratmasını başa düşə bilmirəm. Mənim şəxsi fikrim belədir ki, partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi üçün ciddi şərtlər olmalıdır. Çünki Azərbaycan dövləti məqsədi, məramı bəlli olmayan, cəmiyyətə xeyri dəyməyən təşkilatlara vəsait paylaya bilməz. Bütün dünya ölkələrində belədir ki, partiyalar müəyyən şərtlərlə maliyyələşir. Prezident və ya parlament seçkilərinin nəticələri, partiyaların Azərbaycanda fəaliyyətinin bugünə qədərki mövcud təcrübəsi, eləcə də beynəlxalq təcrübə nəzərə alınmalıdır».
B.Muradovanın fikrincə, bugünədək mövcud olan partiyaların bir qismi artıq bütün imkanlardan məhrum olublar. Yəni, ictimai-siyasi proseslərə təsir rıçaqlarına malik deyillər:
«Onlar da bu faktla barışmalıdırlar. Yeni mühit, yeni münasibətlər eyni zamanda yeni simaları, partiyaları da üzə çıxarır. Son prezident seçkisində uduzduqlarını etiraf edənlər konstruktiv, həqiqətin gözünə dik baxmağı bacaran və bunu etiraf edən insanlardır».
Azərbaycana Çernobıl Atom Elektrik Stansiyasında (AES) yüksək radiasiyaya məruz qalmış metallardan hazırlanan şveller, boru, armatur və dam örtükləri gətirilir. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun «Mərkəz» qəzetinə verdiyi məlumata görə, belə tikinti materialları Ukraynadan Xəzəryanı ölkələrə, eləcə də Azərbaycana idxal edilir:
«1986-cı ildə Çernobıl AES-də baş verən qəzadan sonra oradan 100 min ton metal söküldü. Qiyməti 210 milyon ABŞ dolları məbləğində olan 1,5 milyon tondan yuxarı dəmir isə stansiyada hələ də sökülməmiş qalmaqdadır. Beynəlxalq mənbələrdən AİB-ə daxil olan məlumata görə, cinayətkar qruplar həmin dəmirləri sökərək tikinti materialları hazırlayır. Həmin materiallar isə Xəzəryanı ölkələrə satılır. Hazırda mən bu məsələ ilə bağlı Xəzəryanı ölkələrin dövlət başçılarına məktub hazırlayıram».
Radiasiya Problemləri İnstitutunun rəhbəri Adil Qəribov bu məlumatın ətraflı və dəqiq araşdırma tələb etdiyini söyləyib:
«Bu, çox ciddi ittihamdır. Hazırda ölkəmizə Ukraynadan və başqa ölkələrdən bir sıra tikinti materialları gətirilir. Onların sırasında şveller, armatur və dəmirdən hazırlanan dam örtükləri də var. Təzə ev tikdirənlərin çoxu müasir, dəmirdən hazırlanan rəngli dam örtüklərindən istifadə edir. Hesab edirəm ki, bu, əhali arasında xof yarada bilər. Ona görə də məsələ ciddi araşdırılmalıdır. Əgər belə fakt varsa, cinayətkarlar cəzalandırılmalıdır».
«Yeni Müsavat» qəzeti yazır ki, «Qurdlar vadisi»nin Azərbaycanla bağlı sensasion bölümləri çəkilə bilər. Belə ki, Türkiyənin «Panafilm» şirkətinin internet saytının forum bölməsində filmin Azərbaycanla bağlı bölmələrinin mümkün ssenarisindən bəzi parçalar yerləşdirilib:
«Ordan görünür ki, ssenaristlər PKK-nın Dağlıq Qarabağda yerləşməsi haqda xəbərlərdən çıxış edərək Azərbaycan üzərində oynanan oyunlar barədə maraqlı epizodlar hazırlayıblar».

Günün bütün mövzuları

XS
SM
MD
LG