Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:49
Türkiyənin «Hürriyyət» qəzetinin yazarı Ahmet Hakan Bakıdakı təəssüratlarına dair köşə yazıb. Məqaləni ixtisarla təqdim edirik.

…Azərbaycana yolu düşən hər kəs kimi mən də azəri türkcəsində bizə qəribə gələn bolluca sözlər üzərində məzələndim. Millətçi bir keçmişim olmadığı üçün «Azadlıq» meydanında sərgərdan gəzərək nə «Turan ülküsü»nü andım, nə də «Kızılelma geyiği» yapdım. Sadəcə, sovet binalarının xeyli seyrinə dalmaqla kifayətləndim. Fətullah Gülən ilə İlham Əliyev yönətiminin arasının kifayət qədər yaxşı olduğunu gördüm…

Türkiyənin Azərbaycandan ən azı 20 il irəlidə olduğu düşüncəsini özümə təlqin edərək rahatlandım. İqtisadi islahatları gerçəkləşdirən Turqut Özala rəhmət oxudum.

Azəri parası manatın dəyərinin haradasa avroya bərabər olduğunu öyrənincə, «bəh! bəh! bəh!» dedim.

Bakının London və Tokiodan daha bahalı bir şəhər olduğunu gördüm. Və bu qədər bahalı bir şəhərdə ayda 300 manata yaşamağın necə mümkün olduğunu maraq etdim. Sonunda «hörmət» adı altında dövriyyədə olan qanuni rüşvətin geniş yayıldığını kəşf etdim.

Professor Haydar Başın «professorluq» titulunu aldığı Bakı Dövlət Universitetində diplomların «hörmət» yoluyla əldə edildiyinə dair geniş yayılmış dedi-kodunu öyrənincə, «Əcəba, mən də buradan bir professorluq qazana bilərəmmi?» deyə axtarışa başladım. Ancaq qiymətlərin qalxdığını, bunun mənə bir az baha başa gələcəyini öyrəndim.

Müğənni Çəlik Bakıya köçmüş…Güman ki, əsgərlik məsələsi üzündən…Çəlikin Bakıda xeyli populyar olduğunu anladım və bu müğənnimizlə qürur duydum.

Bakı küçələrində cinslərlə bağlı müşahidəm: kişilər özlərinə fikir vermirlər, qadınlar isə sanki moda dərgilərindən düşüblər...

O qədər lüks maşınlar var ki şəhərdə!..Eşitdiyimizə görə, dövlət məmurlarıdır sahibləri. «Buranın məmurları doğrudan da işini bilirmiş» deyə şərh verdim.

Türkiyə Azərbaycanın Amerikası kimi…İşini çox yaxşı görən türk səfiri Azərbaycanda ən bərk gedən diplomatdır.Səfirin bu nüfuzdan öz ölkəsi adından çox yaxşı istifadə etdiyini müşahidə etdim...

Şərhləri göstər

XS
SM
MD
LG