Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:16

Həkimlər attestasiyadan niyə çəkinirlər?


Bakı Şəhər Baş Səhiyyə İdarəsinin nümayəndəsi Nurməmməd Yarıyev
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin nümayəndəsi Nurməmməd Yarıyev
«Həkimlərin əksəriyyəti təkmilləşmə kursunu keçmədikləri üçün müasir müalicələrdən, müasir diaqnostikadan xəbərləri olmur. Ona görə də attestasiyadan keçməyə ehtiyat edirlər».

Bakı şəhər Baş Səhiyyə İdarəsinin nümayəndəsi Nurməmməd Yarıyev «Azadlıq» radiosunun «Can Bakı» proqramına belə deyib. Onun sözlərinə görə, həkimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün bir sıra işlər aparılır:

«2007-ci ildə təkmilləşmə kursuna 1128 həkim cəlb olunub. Hər bir həkim 5 il müddətində mütləq təkmilləşdirmə kursunu keçməlidir. Bu, məcburidir. Təkmilləşmə kursunu bitirməyən həkimlər attestasiyadan keçə bilməzlər».

Verilişə zəng vuran, ismarış göndərən dinləyicilər Bakıdakı əksər pulsuz tibb müəssisələrində həkimlərin xəstələrdən rüşvət almalarından və xəstəxanaların bərbad vəziyyətindən gileyləndilər. Amma N.Yarıyev onların fikri ilə razılaşmadı. O deyir ki, son vaxtlar Bakıda müasir standartlara cavab verən tibb müəssisələri istifadəyə verilib. Köhnə tibb mərkəzləri isə təmir edilir və müasir avadanlıqlarla təchiz olunur. O ki qaldı rüşvətə, N.Yarıyev belə hallarla rastlaşan insanlara çalışdığı idarənin qaynar xəttinə zəng vurmağı məsləhət görür.

N.Yarıyev Bakının qəsəbələrində və ölkə rayonlarında müxtəlif sahələr üzrə həkim çatışmazlığının olduğunu da deyir.
XS
SM
MD
LG