Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:24

Eynulla Fətullayev naziri məhkəməyə verib


2007-ci il oktyabrın 30-da E.Fətullayev 8 il yarım həbs cəzası alıb

2007-ci il oktyabrın 30-da E.Fətullayev 8 il yarım həbs cəzası alıb

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev Xarici İşlər naziri Elmar Məmmədyarovu məhkəməyə verib. Buna səbəb nazirin jurnalistin informasiya sorğusunu cavablandırmamasıdır. E.Fətullayevin vəkili İsaxan Aşurov «Turan»a deyib ki, iş üzrə məhkəmə baxışı noyabrın 20-nə təyin olunub. Proses Yasamal Rayon Məhkəməsində hakim Fərda Mehralıyevin sədrliyi ilə keçiriləcək.

Xarici İşlər naziri Elmar Məmmədyarovun Milli Təhlukəsizlik Nazirliyinə etdiyi müraciət əsasında E.Fətullayevin terrora çağırışda ittiham edilməsinə dair cinayət işi başlanıb. Nazir jurnalistin «Əliyevlər müharibəyə gedir» başlıqlı yazısından Azərbaycanda işləyən xarici ölkə vətəndaşlarının, iş adamlarının narahat olduğunu və ona bu məsələ ilə bağlı müraciət etdiklərini bildirib. Bu səbəbdən də E.Fətullayev E.Məmmədyarova sorğu göndərərək, narahat olduqları iddia edilən şəxslərin adlarının açıqlanmasını istəyib.

Eynulla Fətullayev 2007-ci il aprelin 20-də böhtan ittihamı ilə 2,5 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan jurnalistə qarşı Cinayət Məcəlləsinin terrorla hədələmə, vəzifə səlahiyyətindən istifadə etməklə, milli, irqi və dini ayrı-seçkilik salma və vergidən yayınma maddələri ilə yeni cinayət işi açılıb. 2007-ci il oktyabrın 30-da E.Fətullayev 8 il yarım həbs cəzası alıb. Terrorla hədələmə ittihamı «Əliyevlər müharibəyə gedir» məqaləsi ilə əlaqədar irəli sürülüb. Məqalədə Vaşinqton Tehran rejiminə qarşı hərbi əməliyyat keçirərsə, İranın Azərbaycana qarşı raket hücumunun mümkünlüyündən danışılırdı. Bu zaman strateji obyektlərin - İran raketlərinin mümkün hədəflərinin siyahısı göstərilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə bu hökmü qüvvədə saxlayıb. Sentyabrın 9-da İnsan Haqları üzrə Avropa Məhkəməsi Eynulla Fətullayevin şikayətinə kommunikasiya baxışına başlayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG