Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:42

Bakıda daha bir tikinti şirkətinin direktoru həbs edilib


«Nəcibə» MMC-nin təsisçisi və direktoru Asif Ələmov Cinayət Məcəlləsinin 178.3.2 (küllü miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirli bilinir. O, 2006-cı ildə Bakıda «GEN» MMC-nin direktoru Elbrus Əliyevlə əlbir olaraq, ev tikmək adı ilə 40-dan artıq vətəndaşın 240 min 850 manatını mənimsəməkdə günahlandırılır.

Elbrus Əliyev həbs edildikdən sonra, Asif Ələmovun da bu cinayət əməlində iştirak etdiyi məlum olub. Hazırda onun barəsində açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. / APA /

Həmçinin bax: «Bu da Hacıbala Abutalıbovun üçüncü cavabı…»

XS
SM
MD
LG