Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:37
4-cü Enerji Sammiti 15 ölkə və Avropa Komissiyasının Bakı Bəyannaməsini imzalanması ilə başa çatdı.

Sammitə yekun vuran prezident İlham Əliyev sənədə Avropa Birliyinin 9 dövlətinin imza atmasının xüsusi əhəmiyyət kəsb etdiyini deyib: «Bu, Qafqaz bölgəsi və Xəzəryanı ölkələr üçün çox mühümdür». O, deyib ki, bəyannamə konsensus əsasında qəbul edilib.

Bəyannaməni jurnalistlərə şərh edən Azərbaycanın Sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, sənəddə «Şərq-Qərb» energetika dəhlizi çərçivəsində neft və qazın nəqli layihələrinin dəstəklənməsi məsələləri, xüsusən, «Nabucco» qaz nəqli sisteminin və Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinin yaradılması məsələsi əks olunub.

Bəyannaməyə Moldova, Qazaxıstan və Türkmənistan qoşulmayıb.

İlk enerji sammiti 2006-cı ilin mayında Krakovda, ikincisi ötən ilin noyabrında Vilnüsdə, üçüncü isə, bu ilin may ayında Kiyevdə keçirilib.
Samitlərdə əsasən Xəzər hövzəsindən hasil edilən neft və təbii qazın Qara dəniz və Baltik dənizi regionlarına və Mərkəzi Avropaya çatdırılması üçün Odessa-Brodı neft kəmərinin və Baltikyanı ərazidən keçən nəqliyyat dəhlizlərinin yaradılması planları müzakirə edilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG