Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:57

Gəncədə çörək ucuzlaşıb


Çörəyin qiymətinin aşağı düşməsi unun qiymətinin ucuzlaşması ilə əlaqəlidir
Çörəyin qiymətinin aşağı düşməsi unun qiymətinin ucuzlaşması ilə əlaqəlidir
Qiymətinin ucuzlaşması ilə yanaşı əksər mağazalarda çörəyin çəkisinin 120 qramadək artması müşahidə olunur.

Çörək satıcısı Saleh deyir ki, əvvəl çörək sexlərindən gətirilən 500 qramlıq çörəyin qiyməti 36 qəpik idisə, indi 31 qəpiyə verilir. Ona görə də 500 qramlıq çörək 40 qəpikdən 35 qəpiyə endirilib. 600 qramlıq çörək isə 40 qəpikdir. Bütün növ çörəklərdə 120 qram artım var.
Gəncə şəhər mağaza və çörəkbişirmə sexlərindən verilən məlumata görə, hazırda qiyməti 25-30 qəpik satılan çörəyin çəkisi 400-500, 35 qəpiyə endirilənlər isə 600-650 qramdır.

Çörəyin qiymətinin aşağı düşməsi unun qiymətinin ucuzlaşması ilə əlaqəlidir. Ölkənin ən iri un istehsalçılarından olan «Fatoğlu» un fabriki də 50 kiloqramlıq un kisəsinin qiymətini 17 manat 80 qəpikdən 16 manat 50 qəpiyə endirib. Gəncədə un istehsal edən «Ərəboğlu» və «Neon» firmaları isə bir kisə unu 18 manat 50 qəpikdən 17 manatadək aşağı salıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG