Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:15

Səttarxanı anmağa imkan verilməyib


Noyabrın 13-ü axşam saatlarında İranın Rey (Şah Əbdüləzim) şəhərində İran Məşrutə Hərəkatının görkəmli xadimi Səttarxanın məzarı üstündə anım mərasiminə qatılan 15-ə yaxın güneyli fəal həbs edilib.
ETTELAAT əməkdaşları güneyli fəallardan 3-nü Tehranın Evin həbsxanasına aparsalar da, tutduqları digər fəalları mobil telefonlarını müsadirə etdikdən sonra azad buraxıblar.

Evin həbsxanasına köçürülən fəalların Şəhid Rəcayi Universitetinin müəllimi Abdulla Abbasi Cavan, Hüseyn Hüseyni və Firuz Hüseynpurun olduğu vurğulanır.

Abdulla Abbasi Cavan milli zəmindəki fəaliyyətlərinə görə bir il əvvəl də həbs edilərək 130 gün müddətinə Evin zindanının 209-cu korpusunda saxlanmışdı.
Hüseyn Hüseynpur isə Azərbaycan milli kimliyi uğrunda apardığı dinc fəaliyyətlərinə görə bu ilin iyul ayında Sulduzda tutularaq bir ay müddətinə Ərdəbil həbsxanasında saxlanmışdı. / Media Forum /
XS
SM
MD
LG