Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:06

«Xarici yayımların ləğv edilməsi çox pis əlamət olardı»


«Xarici radioların FM tezliyindən çıxarılmasının Kopenhagen öhdəliklərinə nə qədər uyğun olduğunu demək çətindir»

«Xarici radioların FM tezliyindən çıxarılmasının Kopenhagen öhdəliklərinə nə qədər uyğun olduğunu demək çətindir»

ABŞ Azərbaycan Milli Teleradio Şurasının xarici media orqanlarının, o cümlədən «Azadlıq», «Amerikanın səsi» və BBC radiolarının yerli tezliklərdə yayılmasının dayandıracağı barədə məlumatlardan narahatdır.

ABŞ-ın ATƏT-dəki missiyasının Azərbaycanda media azadlığı haqqında bəyanatında belə deyilir.

Birləşmiş Ştatlar inanır ki, bu beynəlxalq radiolar indiyədək Azərbaycanda ictimai debatları zənginləşdirib və bundan sonra da ölkənin demokratik inkişafına öz töhfələrini verə bilər.

Belə yayımların ləğv edilməsi çox pis əlamət olardı. Bu radiolar FM tezliyi vasitəsilə geniş auditoriya əldə edirlər.

Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Şura həmin tezlikləri xarici radiolardan alıb yerli yayımçılara vermək niyyətindədir.

Baxmayaraq ki, cənab Məhərrəmli bu xarici radioların başqa yollarla, internet, peyk və ya qısa dalğalarla yayıla biləcəyini deyir, amma bunlardan heç biri FM yayımı qədər geniş auditoriyanı əhatə etməyə imkan vermir.

Xarici radioların FM tezliyindən çıxarılmasının dövlətlərin Kopenhagen öhdəliklərinə nə qədər uyğun olduğunu demək çətindir. Həmin öhdəliklərdə qeyd olunub ki, müstəqil və plüralist media azad və açıq cəmiyyət, şəffaf hakimiyyət sisteminin vacib elementidir.

İllərlə bundan əvvəl Vyanada biz razılaşmışdıq ki, fərdlərin informasiya mənbələrini seçmək azadlığı təmin edilməlidir.
Beləliklə də biz ölkələrimizdə radioların birbaşa və normal dinlənə bilməsini təmin etməliyik.

Biz Azərbaycan dövlətini vəziyyəti yenidən nəzərdən keçirməyə və bu radioların FM tezliyində yayımı davam etdirməsinə icazə verilməsi üçün yollar tapılmasına çağırırıq.

Günün bütün mövzuları

XS
SM
MD
LG