Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:05

Əsirlikdə olan əsgərə zor tətbiq etmiş şəxslər həbs olunub


Azərbaycan Ordusunun Ermənistanda əsirlikdə olan əsgəri Rafiq Həsənova qarşı əsir düşməzdən əvvəl xidmət etdiyi N saylı hərbi hissədə zor tətbiq etmiş əsgərlər - Məhərrəmov İlqar Qabil oğlu və Vəliyev Ramin Adil oğlu barəsində Qazax rayon Hərbi Məhkəməsində həbs-qətimkan tədbiri seçilib.
Bu barədə APA-ya əsir əsgərin valideynləri məlumat veriblər.
Azərbaycan Respublikası Hərbi Prokurorluğundan əsgərin valideynlərinə göndərilən məktubda bildirilir ki, hərbi xidmət dövründə adı çəkilən əsgərlər R. Həsənova qarşı zor tətbiq etdiyi üçün onlar barəsində Cinayət Məcəlləsinin 332.2.1 (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrar pozma) maddəsi ilə cinayət işi başlanılıb.
XS
SM
MD
LG