Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:52

«Ola bilsin ki, Qarabağda səsvermə olsun, ola bilsin ki, olmasın»


Metyu Brayza, 6 noyabr 2008
Metyu Brayza, 6 noyabr 2008
«ATƏT-in Minsk qrupu həmsədrləri ümid edirlər ki, ərazilər Azərbaycana qaytarılacaq, qaçqınlar öz yurdlarına dönə biləcəklər».

Noyabrın 13-də Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza belə deyir. O, münaqişə zonasında dəhliz məsələsinin öz həllini tapacağını və sülhməramlıların yerləşdirilməsinin mümkün olacağını da bildirir.

«Mümkündür ki, nə vaxtsa Qarabağda səsvermə olsun. Amma ola da bilər ki, heç bu baş verməsin. Mən sadəcə bilmirəm. Prezidentlər bu məsələ ilə bağlı razılığa gəlməlidirlər. Həmsədr kimi mən diktə edə bilmərəm bu hansı şərtlərlə nə vaxt olacaq».

Cənab Brayza bölgədə Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdirilməsini mümkün saymır. O, deyir ki, hər iki tərəf indiki halda bunu istəmir. Digər tərəfdən həmişə belə bir prinsip mövcud olub ki, əgər bölgədə sülhməramlılar yerləşdirilsə, bu həmsədr və qonşu ölkələrdən olmamalıdır.

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər gəliblər. Onlar noyabrın 13-də prezident İlham Əliyevlə görüşüblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG