Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 04:12

«Müəllimlərə də analoqu olmayan maaş verilsin də…»


«Noyabr ayının maaşı veriləndə bu problem aradan qalxacaq və bütün müəllimlər 25 faiz artımı alacaqlar»
«Noyabr ayının maaşı veriləndə bu problem aradan qalxacaq və bütün müəllimlər 25 faiz artımı alacaqlar»
«Azərbaycan müəllimi normal yaşayır, kifayət qədər əməkhaqqı alır»-, Bakı şəhər Təhsil İdarəsinin Plan-maliyyə sektorunun müdiri İsmayıl İsmayılov belə deyir.

«Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı olan İ.İsmayılovun sözlərinə görə, 2008-ci ildə prezidentin sərəncamı ilə müəllimlərin əməkhaqqı bu ilin yanvarında və sentyabrında 25 faiz artıb. 2007-ci ilin dövlət öüdcəsində orta məktəb müəllimlərinə maaş üçün 73 milyon 192 min manat ayrılmışdısa, 2008-ci ilin sentyabrında bu məbləğ 86 milyon 150 minə çatıb. Yəni, ötən illə nisbətdə 21 milyon 976 min artıb:

«Orta hesabla götürəndə orta məktəb müəllimi 250-350 manat maaş alır. Bundan başqa, müəllimlərə əlavə əmək haqqı da verilir. Məsələn, sağlamlıq imkanları məhdud olan uşaqlara dərs deyən müəllimlərə əmək haqqının 50 faizi həcmində pul verilir. Əlillik dərəcəsi üzrə II və III qrup uşaqlara dərs deyən müəllimlərə 15-25 faiz əlavə əməkhaqqı verilir».

Bakı şəhər Təhsil İdarəsinin Plan-maliyyə sektorunun müdiri İsmayıl İsmayılov
Müəllim Hüquqlarının Müdafiə Təşkilatının Kordinatoru Əlövsət Əmirbəyli isə idarə rəsmisinin bu fikirləri ilə razı deyil: «Bu gün nəinki Azərbaycan müəllimindən, Azərbaycan vətəndaşından durumunu soruşanda, əlinə yaylıq alıb, ağlayacaq. Orta məktəb müəlliminin real maaşı işıq, qaz, su və çörək puluna ancaq yetir. Gəlin, reallıqdan çıxış edək. Hansı orta məktəbdə müəllimin orta əmək haqqı 250-350 manatdır? İsmayıl müəllim deyir ki, ölkədə analoqu olmayan iqtisadi inkişaf gedir. Əgər belədirsə, onda müəllimə də analoqu olmayan maaş verilsin də…». Əmirbəylinin sözlərinə görə, Türkiyədə orta məktəb müəllimi 700-800 dollar, Rusiyada isə 1000 dollardan artıq maaş alır. Azərbaycanın bir çox məktəblərində isə heç son 25 faiz artım da müəllimlərin hamısına verilməyib: «Bununla bağlı mətbuatda kifayət qədər yazılıb. Bəzi məktəblərdə bu artım verilsə də, bir çox müəllimlər bu pulu almayıblar».

Məsələyə aydınlıq gətirən İsmayıl İsmayılov əməkhaqqıların köhnə tariflə verildiyini qeyd etdi: «Bu il Azərbaycanda 17 yeni məktəb inşa edilib, 31 məktəbdə əlavə korpuslar tikilib. Belə olan halda siniflərin sayı dəyişir. Bilirsiniz ki, məktəblərdə siniflərin sayına görə - dərs hesabı maaş verilir. Biz sentyabr və oktyabr maaşlarını köhnə dərs yükünə uyğun vermişik. Hazırda yeni dərs hesabatı hazırlanır, noyabr ayının maaşı veriləndə bu problem aradan qalxacaq və bütün müəllimlər 25 faiz artımı alacaqlar».

Buna da bax:

XS
SM
MD
LG