Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:06

«Belə getsə, 37-ci il yenidən təkrar olunacaq»


Fərhad Bədəlbəyli: «Mən qorxuram ki, ziyalılar ziyalılar haqqında «donos» yazsınlar»

Fərhad Bədəlbəyli: «Mən qorxuram ki, ziyalılar ziyalılar haqqında «donos» yazsınlar»

«Azadlıq» qəzetinə müsahibəsində Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Milli Məclisdə yazıçı Rüstəm İbrahimbəyovun fikirlərinin müzakirə olunmasına münasibətini bildirib: «Yəqin deputatlar «Təhsil haqqında» qanunu müzakirə etməkdən bir az yorulub, özləri üçün fasilə götürüb Rüstəmi qurban seçiblər». «…Rüstəm dostumdur. Böyük şəxsiyyətdir, böyük yazıçıdır. Ona qarşı bu kampaniyanı aparanlar bəlkə iki-üç ildən sonra çox pis olacaqlar».
Fərhad Bədəlbəyli daha sonra deyir: «Ziyalılar kolxoz deyil ki, hamısı bir yerdə olsun. Sovet vaxtında da qruplaşmalar var idi. Bir qrup Fikrət Əmirovu sevirdi, o biri qrup Qara Qarayevi. Onların arasında həmişə intriqa gedirdi. Ancaq bu, yaradıcılıq sahəsində olan şey idi. Ancaq 37-ci ildə yazıçılar çox təhlükəli proseslə üzləşdilər. Hüseyn Cavad, Müşfiq haqqında çox əfsuslar olsun ki, ziyalılar «donos» yazırdılar. Dəhşət budur. Ona görə də mən qorxuram ki, ziyalılar ziyalılar haqqında «donos» yazsınlar. Belə olsa, onda yenidən 37-ci il bərpa olunacaq».

«Yeni Azərbaycan» yazır ki, «Ermənistanda dövlət idarəçiliyində yaranmış çatlar daha da dərinləşir». Qəzet iddia edir ki «mövcud Ermənistan hakimiyyətinin ən böyük yanlışı isə heç şübhəsiz Dağlıq Qarabağ siyasəti ilə bağlıdır. Bütün dünya bilir ki, münaqişənin bu gün həll edilməmiş qalması Ermənistan hakimiyyətinin qeyri-konstruktiv fəaliyyətinin nəticəsidir. Erməni ictimaiyyəti bunu dərk edir».
«Bizim Yol»: Politoloq Zəfər Quliyev hesab edir ki, «parlament seçkilərinə qədər iqtidar partiya sistemini dəyişmək istəyir». «Hiss olunur ki, iqtidar 2010-cu il parlament seçkilərinə qədər partiya sistemini özünün gördüyü kimi dəyişmək istəyir. Faktiki olaraq, bu sahəni hakimiyyətin tam nəzarətinə götürmək niyyəti var. Hətta Ramiz Mehdiyevin məqaləsində bir neçə təklifin irəli sürülməsi də bu niyyəti gizlətmir. Məsələn, bildirilir ki, partiyaların sayı azalmalıdır; cəmi bir neçə təşkilat cəmiyyətin tələbinə cavab verir. Eyni zamanda, partiyaları əvvəlcədən ideoloji qanadlara bölməklə düşünülür ki, ölkədə bir sağ, bir sol və bir mərkəzçi partiya olmalıdır. Yalnız bundan sonra partiyaların büdcədən maliyyələşmə məsələsinə baxmaq olar».

«Azərbaycan»: ölkənin Ədliyyə Nazirliyinin yaranmasından 90 il vaxt keçir. Bunun bağlı bir sıra məqalələr yer almaqdadır. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədovun yerli özünüidarə orqanlarının fəaliyyətinə həsr olunan məqaləsi dərc edilib. Müəllif yazır ki, «yerli özünüidarə sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan üçün faydalıdır».

«Yeni Müsavat»: «İpoteka Fondu Borc içində batırmış». İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, qurumun gələn il kredit verməsi sual altındadır. O, bildirir ki, son proseslər 2009-cu ildə əhalinin ipoteka kreditləşməsindən səmərəli istifadə etməsi ilə bağlı narahatçılıq yaradır. Bu, həmçinin prosesin şəffaf olacağı ilə bağlı narahatçılığı da gücləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG