Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:54

«Enerji ehtiyatlarının qərbə yönəlməsində maraqlıyıq»


Samuel Bodman Bakıda keçirilən 4-cü enerji sammitində konkret nəticələr əldə olunacağına ümid etdiyini deyib

Samuel Bodman Bakıda keçirilən 4-cü enerji sammitində konkret nəticələr əldə olunacağına ümid etdiyini deyib

Bakıda mətbuat konfransında ABŞ Enerji Departamentinin Katibi Samuel Bodman deyir ki, Avropanın enerji təhlükəsizliyi ABŞ üçün çox vacibdir

«ABŞ Xəzər bölgəsindən hasil olan enerji layihələrindən bəhrələnmir. Lakin bu enerji ehtiyatları Avropanın enerji təhlükəsizliyini təmin edir». Bunu ABŞ Enerji Departamentinin Katibi Samuel Bodman noyabrın 13-də Bakıda keçirdiyi mətbuat konfransında belə deyib. O, bildirib ki, Avropanın enerji təhlükəsizliyi ABŞ üçün çox vacib olan amillərdən biridir.
Bodman deyir ki, ABŞ enerji sammitinə qatılan dövlətlərin həyata keçirdiyi layihələrə dəstək verir və başa düşür ki, Xəzər bölgəsinin enerji ehtiyatlarına aidiyyatı olan layihələr qlobal enerji təhlükəsizliyinə öz töhfəsini verə bilər.
ABŞ Enerji Departamentinin Katibi deyir ki, ABŞ «Nabukko» və Transxəzər qaz kəməri kimi layihələrin həyata keçirilməsini böyük həvəslə qarşılayır: «Bu bölgədən olan enerji ehtiyatlarının qərbə yönəlməsində maraqlıyıq. Ayrılıqda götürülmüş layihələri qiymətləndirmək istəməzdim. Sadəcə bir bazar var və bazarın öz qaydaları var. Layiq olan layihəni bazar özü seçəcək. Biz bu layihələrin davamını təşviq edəcəyik».

Samuel Bodman Bakıda keçirilən 4-cü enerji sammitində konkret nəticələr əldə olunacağına ümid etdiyini deyib. «İştirakçı dövlətlər irəliləyişə nail olmaq üçün səylər göstərəcək. Sammitin nəticəsində ümid edirik konkret qərarlar qəbul olunacaq, konkret işlər görüləcək. Sammit iştirakçıları konkret işlər barədə danışarkən qısa müddətli prespektivlərdə qaynaqlanan planlardan istifadə etməyəcəklər. Biz başa düşürük ki, hazırda neftin və qazın qiyməti yuxarı qalxır, düşünürük ki, qəbul olunan qərarlar bu kimi dəyişikliklər tərəfindən təsir olunmayacaq. Sammit zamanı alternativ enerji mənbələrinin işlənməsi, inkişaf etdirilməsi də müzakirə mövzusu olacaq. Demək istəmirəm ki, neft və yaxud qaz hasil edən dövlətlər bu kimi tendensiyalardan qorxmalıdırlar, istənilən halda bu dövlətlər öz enerji ehtiyatlarını dünyaya təqdim etmək istəyirlərsə bunu edə bilərlər».

Avrasiya Enerji məsələləri üzrə Xüsusi Səfir Boyden Qrey isə deyir ki, «enerji ehtiyatlarını hasil edən, daşınması üçün tranzit xidmətlər göstərən və istehlakçı dövlətləri bir araya gətirmək kifayət qədər müşküldür. Lakin bu istiqamətdə müəyyən uğurlara imza atmışıq. BTC layihəsi bu müvəffəqiyyətin əyani təzahürüdür». Qrey vurğulayıb ki, ABŞ Xəzərlə bağlı həyata keçirilən layihələrlə bağlı neytral, bitərəf auditor xidmətlərini təqdim edə bilər.

Boyden Qrey hazırda enerji ehtiyatlarının qiymətlərinin aşağı düşməsini dünyada müşahidə olunan müvəqqəti durğunluğun təzahürü kimi qiymətləndirib. Lakin əlavə edib ki, Avropada və digər ölkələrdə təbii enerji ehtiyatlarına, xüsusilə də təbii qaza olan ehtiyacları tükənməyəcək: «Məhz bu bölgədə olan ölkələr Qazaxıstan, Azərbaycan kimi enerji ehtiyatları ilə zəngin dövlətlər təbii qaz ehtiyaclarını ödəmək üçün əməkdaşlıq etmək istədikdə, bu regiona böyük ehtiyac duyulacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG