Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:13

Milli elitanın formalaşmasında milli liderin rolu nədir?


Siyasətçilər Ramiz Mehdiyevin məqaləsində yer alan fikirlərə münasibət bildirib
Siyasətçilər Ramiz Mehdiyevin məqaləsində yer alan fikirlərə münasibət bildirib
«Bu dövlətçilik deyil, «dövlətbazlıqdır»-, bu sözləri siyasi şərhçi İlqar Məmmədov «Azadlıq» radiosunun «İşdən sonra» proqramında Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin yazdığı son məqaləsini şərh edərkən dedi.

Həmin məqalədə Azərbaycan dövlətçiliyin quruluşu yolunda növbəti istiqamətlər və tendensiyalar haqda fikirlər var.

Buna cavab olaraq, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Ramil Həsənov isə qeyd etdi ki, məqalədə diqqətə gətirilən məqamlar «məhz dövlətçiliyin möhkəmlənməsinə son 5 ildə yönəlmiş addımları əks etdirir, inkişaf göz qabağındadır və belə də davam etmək lazımdır. Yazılan fikirləri diqqətlə təhlil etmək gərəkdir».

Mübahisə doğuran məqamlardan biri də, Ramiz Mehdiyevin məqaləsində qeyd etdiyi «milli elitanı milli lider formalaşdırır» ifadəsi oldu.

Bunu «absurd» adlandıran şərhçi İlqar Məmmədov bildirdi ki, «elitanı formalaşdıran lider deyil, həmin elitanı təşkil edənlərdi: mədəniyyət xadimləri, sənətkarlar, yazıçılar və s.»

YAP nümayəndəsi Ramil Həsənov isə bu fikrə dəqiqlik gətirərkən dedi: «Ölkə rəhbərliyi bu elitanın yaradılmasına Azərbaycanda şərait yaradıb. Məqalədə məhz bu nəzərdə tutulurdu».

Buna da bax:

XS
SM
MD
LG