Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:32

Əsgərin zəhərlənib öldüyü xəbər verilir


Müdafiə Nazirliyinin Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin əsgəri müəmmalı şəkildə vəfat edib. O, Bərdə rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 1989-cu il təvəllüdlü Aqşin Məmmədovdur.
Əsgərin ölməsinə səbəb qidadan zəhərlənməsi olub. Məmmədovun doqquz ay hərbi xidmət etdiyi bildirilir.

APA xəbər verir ki, bir neçə gün əvvəl əsgərin ailəsinə övladlarının zəhərlənməsi barədə məlumat verilib. A. Məmmədovun valideynləri noyabrın 11-də ona baş çəkiblər. Valideynləri evə qayıtdıqdan bir gün sonra – noyabrın 12-i səhər isə övladlarının ölüm xəbərini alıblar.

«Trend» xəbər verir ki, faktla bağlı Füzuli rayon Hərbi Prokurorluğunda araşdırma aparılır. Müdafiə Nazirliyinin mətbuat xidməti məsələ ilə bağlı əlavə məlumat verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG