Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:14

«O, əlyazmalarını yenidən yazacaq»


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid 4 il azadlıqdan məhrum edilib

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid 4 il azadlıqdan məhrum edilib

«Qənimət Zahid əlyazmalarını həbsxanadan çıxandan sonra yenidən bərpa edə bilər»-, bunu «Azadlıq» radiosuna jurnalistin həyat yoldaşı Ayəndə Mürsəliyeva deyib. O, bildirib ki, «Qənimət Zahid əlyazmalarını məhv edənlərin cəzalandırılması, ya da kompensasiya ödənilməsi üçün Avropa Məhkəməsinə şikayət vermək fikrindədir».
Qənimət Zahidin 300 səhifəlik əlyazması ötən əsrin 80-ci illərindən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı olub. Əlyazma cəzaçəkmə müəssisəsinə köçürülərkən, Bayıl təcridxanasının rəhbərliyi tərəfindən müsadirə olunaraq məhv edilib. Ədliyyə Nazirliyinin penitensiar xidməti bildirib ki, əlyazmada dövlət əleyhinə fikrilər olub.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid xuliqanlıqda təqsirli bilinib və 4 il azadlıqdan məhrum edilib. Jurnalist özü isə həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir. Ondan əlavə daha iki jurnalist həbsdədir. Beynəlxalq hüquq müdafiə təşkilatları onların dərhal azadlığa çıxmasını tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG