Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:48

Hesablama Palatası 20-yə qədər dövlət qurumda yoxlama aparıb


Azərbaycan Hesablama Palatası 2008-ci ildə 20-yə qədər dövlət qurumda yoxlama aparıb.

Bu barədə Hesablama Palatasının sədri Heydər Əsədov məlumat verib: «Yoxlamalar nəticəsində 2008-ci ildə 2 milyon manatdan artıq maliyyə vəsaiti dövlət büdcəsinə qaytarılıb. Yoxladığımız bütün qurumlarda dövlət büdcəsi vəsaitlərinin səmərəsiz istifadəsi halları var».
Bununla yanaşı H.Əsədov bildirib ki, dövlət qurumlarında böyük cinayət xarakterli nöqsanlar mövcud deyil.
XS
SM
MD
LG