Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:51

«Ortada kiçik məbləğ var, amma tozanaq indidən qopub»


Arif Əliyev deyir ki, «Mətbuat fondunda müstəqil şəxslər təmsil olunmalıdır»
Arif Əliyev deyir ki, «Mətbuat fondunda müstəqil şəxslər təmsil olunmalıdır»
«Yeni Müsavat»: «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, «Mətbuat fondunda müstəqil şəxslər təmsil olunmalıdır». «Mediaya sadəcə, pul ayırmaq yox, onunla bağlı islahat proqramları həyata keçirmək, ona pul qazanmağa imkan yaratmaq lazımdır. Bu fonda təmsil olunanlar müstəqil şəxslər olmalıdır. Birincisi, ona görə ki, digər qurumlarda pul yoxdur, amma burada söhbət müəyyən miqdar puldan gedir. Pul vəsaiti varsa, onu idarə edən şəxslər digər strukturlardan xaric olmalıdır ki, heç kəs ona bir köynək yaxın olmasın».

«Azadlıq» qəzeti Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin məqaləsinə münasibət bildirib. Qəzetə müsahibə verən siyasilər bildiriblər ki, Ramiz Mehdiyev ictimai fikri çaşdırmağa çalışır. AXCP sədrinin müavini Nurəddin Məmmədli deyir: «onun fikirləri təbliğata xidmət edir və ölkə reallığı ilə səsləşmir».
«Ekspress»: «2009-cu ilin birinci rübündə Bakıda türkdilli ölkələrin dövlət başçılarının sammiti keçiriləcək». Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıç açıqlama verib. Diplomat bu məsələnin İlham Əliyevin səfəri zamanı Abdulla Güllə görüşdə müzakirə edildiyini söyləyib.
O, noyabrın 20-21-də isə İstanbulda türk dövlətləri spikerlərinin görüşünün keçiriləcəyini, həmin toplantıda Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması barədə qərar qəbul edilə biləcəyini vurğuladı.

«Yeni Azərbaycan»: «Azərbaycan Respublikasının konstitusiyası milli-mənəvi və bəşəri dəyərləri özündə birləşdirən ali hüquq sənədidir»-, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məqaləsində belə yazır. «Konstitusiyaların cəmiyyətdə çox mühüm birləşdirici funksiyaya malik olması da mühüm şərtlərdəndir. Xüsusilə də müasir dünyanın reallıqları milli konstitusiyalar qarşısında siyasi radikalizmin cəmiyyəti qarşı duran tərəflərə bölən ən kəskin formaları ilə mübarizə aparmaq, dövlətin vahidliyini və bölünməzliyini təmin etmək, onun parçalanmasının qarşısını almağa hazır olmaq kimi vacib tələblər qoyur».
«Mərkəz»: 600-dən çox bal toplayan tələblərlə Tələbə Qəbulu Komissiyasında görüş keçirilib. Komissiya sədri Məleykə Abbaszadə tələbələrə talon hədiyyə edib. Həmin talonla abituriyentlər dövlət tərəfindən latın qrafikası nəşr edilmiş 10 kitabla pulsuz təmin ediləcəklər.

«Bizim Yol»: «Ziyalı həm də hamıdan aşağıda olmalıdır»-, şair Vaqif Bayatlı Ödər müsahibəsində belə deyir: «Bir dəfə yazmışdım ki, bir dostum prezident olsaydı, ondan xahiş edərdim ki, birinci fərmanı mənə «Xalq şairi» adını verməsindən, fərmanın ikinci bəndi də bu kimi adları ləğv etdirmək haqqında olsun. Mənə bu mükafatı verməsini zarafat edirəm, amma bu «xalq şairi», «xalq yazıçısı», bəstəkarı və rəssamı kimi mükafatlar ləğv olunmalıdır. Axı sən hansı xalqın şairisən ki, onun dilində danışa bilmirsən, dərdinə yanmırsan? Xalq şairləri hər an milləti və dünya haqqında düşünən, onun ağrısını içində yaşadan və canından keçirdənlərdir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG