Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:57

Metronun yeni stansiyaları tikiləcək


Aylardı təmirə dayanan metronun «İçərişəhər» stansiyası dekabrın ortalarında istifadəyə veriləcək

Aylardı təmirə dayanan metronun «İçərişəhər» stansiyası dekabrın ortalarında istifadəyə veriləcək

«Metronun inkişafı ilə bağlı iyirmi illik plan təsdiqləndikdən sonra onun haqqında daha dəqiq danışmaq olacaq»-, «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramının qonağı olan Bakı Metropoliten İdarəsinin rəis müavini Arif Rəsulov belə deyib.
O, bildirib ki, hələlik bəlli olan budur ki, «Xətai»-«Həzi Aslanov», «Həzi-Aslanov- Qaraçuxur», «Qaraçuxur»-«Sabunçu» istiqamətində, bundan başqa, «İçərişəhər»dən «Badamdar»a yeni təzə xətlər çəkiləcək. Həmçinin «Qara Qarayev» və ya «Məşədi Əzizbəyov» stansiyalarından aeroporta yeni xətt çəkilməsi də planda var. Artıq bununla bağlı iki layihə nəzərdən keçirilir.

Bakı ətrafı şəhərlərə gediş-gəlişi qısaltmaq üçün də yeni metro stansiyaların tikintisi planlaşdırılır. Məsələn, yeni avtovağzalla «Memar Əcəmi» stansiyasını birləşdirəcək xəttin bir ucu da Xırdalana və Sumqayıta gedib çıxa bilər.

Arif Rəsulov deyir ki, yeni stansiyalar tikiləndə əvvəlki kimi beş qatar üçün deyil, altı-yeddi qatarın hərəkət etməsinə imkan yaradılacaq. Bundan başqa, qatarların idarə edilməsi, müşahidə aparmaq üçün yeni texnologiyalar tətbiq ediləcək.

Aylardı təmirə dayanan metronun «İçərişəhər» stansiyası dekabrın ortalarında istifadəyə veriləcək. Gediş-gəlişi asanlaşdırmaq üçünsə «28 may» stansiyasının ikinci çıxışında təmir işləri martda tamamlanacaq. Gediş haqqına gəldikdə isə, gələn ilin sonunadək qiymət artımı gözlənmir.

Şərhləri göstər

XS
SM
MD
LG