Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:15

Əsas Qanun, yoxsa kağız parçası?..


İntiqam Əliyev: «Konstitusiya formal olaraq qəbul olunub və insanlar oradakı çoxsaylı hüquqlardan istifadə edə bilmirlər»
İntiqam Əliyev: «Konstitusiya formal olaraq qəbul olunub və insanlar oradakı çoxsaylı hüquqlardan istifadə edə bilmirlər»
«Azərbaycan konstitusiyası işlək qanun deyil»-, bu fikirləri Hüquq Maarifçilik Cəmiyyətinin sədri İntiqam Əliyev deyir. O, 13 il əvvəl qəbul olunan Konstitusiyanın bu müddət ərzində bir kağız parçasından fərqlənmədiyi iddia edir. İntiqam Əliyevə görə, vətəndaşlar öz konstitusion hüquqlarından istifadə edə bilmirlər:
«O, formal olaraq qəbul olunub və insanlar oradakı çoxsaylı hüquqlardan sadəcə olaraq istifadə edə bilmirlər. Birləşmək, toplaşmaq, mənzil, mülkiyyət, ədalətli məhkəmə araşdırması, azad seçim etmək və s. hüquqların pozulmasından danışmaq olar. Azərbaycan vətəndaşı Fransa, Almaniya, İngiltərə vətəndaşı kimi ölkəsində konstitusion hüquqların qorunması sarıdan qürrələnə bilməz».

İntiqam Əliyev hesab edir ki, elə konstitusiya imkan yaradır ki, hakimiyyət bir nəfərin əlində cəmləşsin. Hüquqşünas prezidentə konstitusiyayla tanınan çoxsaylı səlahiyyətlərə toxunur və bildirir ki, əslində bu səlahiyyətlər məhdudlaşdırılmalıdır.

Müsahibimizin fikrincə, vətəndaşların öz hüquqlarını yetərincə müdafiə etməməsi problemi var və həm də bu hüquqlar kifayət qədər təbliğ olunmur.
Hüquqşünasın konstitusiyanın təbliğ olunmamasıyla bağlı fikirlərini Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Ramil Həsənov da bölüşür. O hesab edir ki, konstitusiya hüquqlarının təbliği orta məktəbdə daha güclü tədris olunmalıdır:

«Hələ yeniyetmə, gənc ikən hansı insanın cəmiyyətdə hansı hüquqlara sahib olduğunu öyrənməsi sonradan onun vətəndaş kimi formalaşmasına böyük kömək edər».

Amma Ramil Həsənov konstitusiya hüquqlarının kütləvi pozulmasıyla bağlı deyilənlərlə razı deyil. Onun fikrincə, hakimiyyətin bütün qolları öz işlərini məhz Əsas Qanuna söykənən qanunlar üzərində qurduğu üçün onu işlək mexanizm saymaq olar. Ramil Həsənov günahı vətəndaşların öz hüquqlarını bilməməsində görür:

«İnsanların özündən də çox şey asılıdır. İnsanlar öz hüquq və azadlıqlarını yetərincə bilməli və dərk etməlidirlər ki, ondan necə istifadə etməyin formaları və metodları barədə danışa bilsinlər».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG