Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:16

«Bizsiz mümkün deyil…»


Qarabağ ermənilərinin lideri Bako Sahakyan
Qarabağ ermənilərinin lideri Bako Sahakyan
Qarabağ ermənilərinin lideri Bako Sahakyan deyir ki, münaqişənin həllinə dair onların iştirakı olmadan keçirilən istənilən müzakirə nəticəsiz qalacaq. O, «Azadlıq» radiosunun erməni xidmətinə verdiyi müsahibəsində ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqların formatının dəyişdirilməsini, Qarabağ ermənilərinin bərabərhüquqlu tərəf kimi müzakirələrdə iştirakını istədiklərini deyir:

«Biz öz çıxışlarımızda həmişə vurğulayırıq ki, geniş danışıqlar lazımdır. Biz onu da həmişə təkrar edirik ki, əgər Dağlıq Qarabağın iştirakı olmasa, problemin həlli üçün beynəlxalq ictimaiyyətin apardığı müzakirələr, cəhdlər nəticəsiz qalacaq».

Bako Sahakyan bildirir ki, onlar hətta dəfələrlə Minsk Qrupu həmsədrlərindən təkidlə tələb ediblər ki, Dağlıq Qarabağın danışıqlarda bərabərhüquqlu tərəf kimi iştirakını təmin etsinlər. Onun bildirdiyinə görə, Dağlıq Qarabağın müzakirələrdə iştirakı ATƏT-in 1994-cü ildə keçirilən Budapeşt Sammitinin qərarlarında da əksini tapıb.

Amma həmin Budapeşt Sammitdə Azərbaycan tərəfdən iştirak etmiş, prezidentin xarici siyasət məsələləri üzrə keçmiş müşaviri Vəfa Quluzadə həmin toplantıda qəbul edilən qərarlarda Qarabağın müzakirələrdə iştirakının nəzərdə tutulmadığını deyir.

«Budapeşt sammitində deyilirdi ki, sülh müqaviləsi əldə olunandan sonra münaqişə regionuna çoxtərəfli beynəlxalq qüvvələr yeridilməlidir. Bu, Rusiyanın niyyətinə cavab idi. O zaman Rusiya tələb edirdi ki, ATƏT ona bölgəyə yalnız rus qüvvələrini yerləşdirməyə mandat versin. ATƏT-də cavab verdi ki, sülhməramləların tərkibində rus qüvvələrinin sayı 30 faizdən çox ola bilməz».

Vəfa Quluzadə bildirir ki, Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi qəbul edilməməsi Bakı üçün prinsipialdır. Çünki Bakı hesab edir ki, Dağlıq Qarabağın danışıqlarda tərəf kimi qəbul edilməsi, həm də Azərbaycanın onu bir dövlət, bir tərəf kimi tanıması demək olardı.

Vəfa Quluzadənin fikrincə, indiki mərhələlərdə hüquqi cəhətdən Qarabağ ermənilərinin danışıqlarda iştirakı nəzərdə tutulmadığından onların hər hansı bəyanatlarının müzakirələrin nəticələrə heç bir təsir edə bilməz.

Keçmiş xarici işlər naziri, hazırda Azərbaycanın Litvadakı səfiri Tofiq Zülfüqarov da bildirir ki, Qarabağ danışıqlarının qaydaları hələ 1992-ci ildən təsdiqlənib. Həmin il o zaman adı ATƏM (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi) olan indiki ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Qarabağ danışıqlarında kimlərin qərar qəbul edilən mərhələlərdə, kimlərin sonrakı mərhələlərdə iştirak etməli olduğunu aydın göstərib. Həmin qaydalara görə də danışıqlarının gələcək mərhələlərində, əsas məqamların razılaşdırılmasından sonra, sülh sazişinin icrası ilə bağlı detalların müzakirə edildiyi məqamlarda Qarabağın azərbaycanlı və erməni icmalarının da iştirakı mümkündür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG