Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:42

«Bakutel-2008» işə başladı


Noyabrın 11-də Bakıda 14-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - «Bakutel-2008» işə başladı.

Sərgiyə 15-dən çox ölkənin rəsmiləri, eləcə də biznes şirkətlərinin nümayəndələri qatılıb. Sərgidə Rusiya, Türkiyə, ABŞ, Almaniya, Fransa daxil olmaqla 21 ölkənin 105 şirkəti iştirak edir.
Sərgi iştirakçılarının 40 faizi Azərbaycanın payına düşür. Açılış mərasimində prezident İlham Əliyev iştirak edib.

Sərgi Böyük Britaniyanın «İte Group» sərgi şirkəti və «İteca Caspian» şirkətinin təşkilatçılığı ilə həyata keçirilir.
XS
SM
MD
LG