Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:47

«Heydər Əliyevin sərəncamı dəyişdirilir»


«Yeni Müsavat»: «Xəzər sahillərinin ekspansiyasına yenidən start veriləcək»
«Yeni Müsavat»: «Xəzər sahillərinin ekspansiyasına yenidən start veriləcək»
«Yeni Müsavat» keçmiş prezident Heydər Əliyevin sərəncamının dəyişdiriləcəyini yazır. Qəzet bildirir ki, «Xəzər sahilini ələ keçirmək istəyən oliqarxlar parlamentdə yeni qanun qəbul etdirməyə hazırlaşırlar». 2003-cü il yanvarın 13-də Xəzər sahilində şəxsi evlərin və qurğuların tikintisini qadağan edən prezident sərəncamı imzalanıb. «Milli Məclisdəki mənbələrimizdən aldığımız məlumata görə parlament bu yaxınlarda Torpaq Məcəlləsinə dəyişikliklər ediləcək. Həmin qanunda isə Xəzərin Azərbaycan sektorunun sahil zolağından 80-130 metrlikdə yerləşən torpaqların dövlət mülkiyyətinə aid edilməsi barədə paraqraf-göstərici 20-30 metrlə əvəz ediləcək. Bu isə o deməkdir ki, artıq dəniz sahillərinin ekspansiyasına yenidən start veriləcək».

«Azərbaycan»: Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev məqalə yazıb. Qəzetin iki səhifəsini tutan yazıda müəllif bildirir: «Bu gün Azərbaycan cəmiyyətini və hər birimizi maraqlandıran əsas sual demokratik cəmiyyətdə yaşayıb-yaşamayacağımız deyildir. Artıq demokratiya inkişaf xəttimizin əsas mahiyyəti və başlıca elementidir. Ölkəmizin hər bir düşüncəli vətəndaşı üçün əsas sual Azərbaycan demokratiyasının hansı istiqamətdə inkişaf edəcəyi perspektivləridir. Bu sual müasirliyi, dünyəviliyi, inkişafı prioritet elan etmiş Azərbaycan dövləti üçün mühüm məsələlərdən biridir. Milli demokratik model əsas olaraq, cəmiyyətimizdə milli mentaliteti və özünəməxsusluğu, özünüdərkin yeni səviyyəsini, tarixən çətinliklər və qurbanlar hesabına əldə etdiyimiz qələbələrin rəmzi kimi formalaşacaqdır».

«Üç nöqtə»
Eldar Namazov deyir ki, müxalifətin yeni mərkəzi «Azadlıq» adlandırıla bilər. «Amma bundan əvvəl müxalifətin geniş tərkibdə əməkdaşlığı üçün xüsusi fəaliyyət proqramının hazırlanması daha vacibdir». Seçkidən sonra müxalifətin daha geniş koalisiyada birləşməsi istiqamətində danışıqlar başlasa da, qarşılıqlı ittihamlar nəticəsində hələ ki müxalifətin geniş koalisiyasının yaranması baş tutmur.

«Yeni Azərbaycan» yazır ki, «Azərbaycan NABUKKO və Transxəzər layihələrində strateji mövqeyə malikdir». Müəllif vurğulayır ki, proqnozlara görə, Azərbaycan 2015-2020-ci illərdə Avropa ilə ən azı 20 milyard kubmetrdən çox qaz nəql edəcək. «Ölkəmiz artıq Azərbaycan-Türkiyə-Yunanıstan-İtaliya qaz kəmərinə dair memorandumu imzalaması ilə Xəzər qazının tədarükünə başlayıb. Bu siyasət Avropanın təhlükəsizliyinə təminat verən transkontinental dəhlizin başlanğıcıdır».
«525»ə müsahibəsində millət vəkili Qüdrət Həsənquliyev deyir ki, gələn ilin dövlət büdcəsində «hərbi xərclər kəskin şəkildə artırılmayacaq». «Növbəti ilin büdcəsində hərbi xərclərin çəkisi təqribən 11-12 faizdir. Amma bir çox ölkələr var ki, bizdən fərqli olaraq, onların torpaqları, əraziləri işğal olunmayıb, bununla belə, onların dövlət büdcələrinin 20-25 faizi hərbi xərclərə ayrılır».

«Mərkəz» qəzeti yazır ki, Bakıya gətirilən yeni avtobusların çəkiclərini oğurlayıblar. «Yeni avtobuslarda yaranan problemlər bununla bitmir. Məsələ burasındadır ki, yeni avtobuslarda iki, üç qapı olsa da, sürücülər arxa tərəfdə dayanan sərnişinləri də qabaq qapıdan düşməyə məcbur edirlər».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG